16 C
Baku
Thursday, March 28, 2024

Parlamentə məsələ qaldırıldı: maaşlar 2 dəfə qaldırılsın

“İndiki böhran vəziyyətində pensiyalar və əməkhaqqılar ən azı iki dəfə artırılmalıdır”.
Bunu deputat Qüdrət Həsənquliyev parlament komitələrinin birgə iclasında növbəti ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

“Mən builki büdcə müzakirələrinə ürək ağırısı ilə qatılıram. Çünki bizim 25 milyard dollarlıq büdcəmiz bu il faktiki olaraq üç dəfə azalıb”-deyə o əlavə edib.

Deputat bildirib ki, ötən illərdəki büdcə müzakirələrində o və bəzi həmkarları daim Azərbaycan iqtisadiyyatının neftdən asılılığına diqqət çəkib, hökuməti tədbirlər görməyə çağırıb:

“Amma bizə deyirdilər ki, hər şey əladır, gözlədir. Sevinc xanım (iqtisadi inkişaf nazirinin müavini) o vaxt proqnozlar verməli idi ki, neftin qiyməti aşağı düşsə, bizi nə gözləyəcək. 10 milyonluq ölkə üçün 9 milyonluq büdcə çox kiçik rəqəmdir. Pribaltika ölkələrinin hər birində 2-3 milyon əhali var, amma 9 milyard avroluq büdcələrə sahibdirlər. Bu müqayisə çox şey deyir”. Q.Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib: “Pensiyalar və əməkhaqqlar ən azı iki dəfə artırmaq lazımdır. Ön xəttəki hərbçilərin maaşını da artırmalıyıq”. O, bildirib ki, QHT-lərin xaricdən qrant alması sadələşdirilməldir: “Bu, bizim ölkənin imicinə də müsbət təsir edər, həmçinin bu sektorun inkişafına təkan verər”. Deputat bu yaxınlarda Füzulidən olan qaçqın ailəsinin yanaraq məhv olmasına diqqət çəkib: “Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdılması lazımdır. Bu ölkə üçün prioritet idman obyektlərinin tikilməsidir, yoxsa qaçqın və məcburi köçkünlərin normal mənzillə təmin ediməsi? Əgər dövlət öhdəsindən gələ bilmirsə, torpaq sahələri ayrılsın və güzəştli şərtlərlə şirkətlərə şərait yaradılsın”. Deputat ardınca “dövlət qurumlarını 30 fazi ixtisar etmək lazımdır ki, məmurlar normal maaş alsınlar”. Q.Həsənquliyev maliyyə nazirinə müraciət edib: “Samir müəllim, sizə təşəkkür edirəm, gec də olsa, Beynəlxalq Bankdakı talanın qarşısının alınmasında xidmətiniz olub. Bu ilki dövlət büdcəsindən artıq, 10 milyard vəsait talan olunub”. Deputat sahibkarlığa dəstək verilməməsinə də etiraz edib: “Sahibkarlığa Yardım Fonduna vəsait ayırmırıq, banklar kredit vermirlər, manat da üzür. Sahibkar bilməlidir ki, manatın kursu necə olacaq. Əks təqdirdə o, vəsait xərcləməyəcək”. Deputat xaricdəki vəsaitləri ölkəyə gətirməyə çağırdı: “Serbiyaya 350 milyon vəsaiti 15 illiyinə, 4 faizlə veririk. Amma Azərbaycan Dəmir Yolları kredit axtarır. Mənim məlumatıma görə, həmin vəsaitlər 0,89 faiz gəlir gətirir. Gətirin 4 faizlə yerli banklarda saxlayın və vəsaitlər də ölkənin inkişafına yönəldilsin. Sabah Cavid Qurbanov gedib dəmir yolu üçün kredit götürsə, ən azı 7 fazilə alacaq”. Deputat ardınca iri şirkətləri özəlləşdirməyə çağırdı: “Azərsu”, “Azəriqaz”, “Azəişıq” özəlləşdirilməsə, vəziyyət dəyişməyəcək”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər