22 C
Baku
Friday, April 26, 2024

Parlament şəxsiyyət vəsiqəsinin verilməsinə görə yeni rüsumları təsdiqləyib

Bu gün Azərbaycan parlamenti “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişiklik 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib. Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, mövcud qanunvericiləyə əsasən, Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə 35 manatdır. Lakin mövcud qanunun 15-ci maddəsinə əsasən, 16 yaşına çatmamış Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər