“PAŞA Bank” ADA Universitetində keçirlən müsabiqənin qaliblərini açıqladı

“PAŞA Bank”ın dəstəyi ilə 29-30 iyun tarixlərdə “Big Data Analytics Hackathon” müsabiqəsi ADA Universitetində həyata keçirilmişdir. İlk dəfə böyük verilənlərin (Big Data) təhlili formatında keçirilən bu tədbirə gənc mütəxəssislər böyük maraq göstərilib. İştirak üçün 54 komanda qeydiyyatdan keçmiş və onlardan 16-sı son mərhələdə iştirak hüququ qazanıb.

Komandalar ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin təcrübəli müəllim və tədqiqatçıları tərəfindən keçirilən təlimlərdə iştirak etdikdən sonra, 24 saat ərzində real biznes problemlərinin həlli üçün verilən tapşırıqları yerinə yetirməyə başlanıb. Tapşırıqlar bank və ictimai sektora aid olan aktual məsələləri əhatə edirdi.

Bank sektoru üzrə biznes probleminin həlli istiqamətində birinci yerə QSS BEU komandası – Tərlan Cəbiyev, Vüsal Əhmədov, Sevinc Hüseynova Orxan Tağıyev, ikinci yerə DataIsLIFE komandası – Ülvi Nağızadə, Elvin Əliyev, Elşad İbrahimov, Nicat Mütəllimov, üçüncü yerə isə DataMind komandası – Elgün Məcidov, Aytac Əhmədova və Tural Həmidov layiq görülmüşdür. Qaliblər Bank tərəfindən müvafiq mükafat və hədiyyələrlə təltif olunublar.

“PAŞA Bank” qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar diləyib.