21 C
Baku
Thursday, April 25, 2024

PAŞA Bank İstanbulun mərkəzində 90 mln. manata 6 mərtəbəli bina alıb

PAŞA Bank İstanbulun mərkəzidə Baş ofis üçün bina satın alıb.

Azərbaycanın PAŞA Bankı Türkiyədə törəməsi üçün (Baş ofis binası olaraq istifadə etmək üçün) İstanbulda  6 mərtəbəli, 22 min kvadratmetrlik bina satın alıb.

Açıqlama verən bank, yeni ofisinə 2019-cu ildə köçməyi planlaşdırır.

Bina 252 milyon 654 min 500 Türk Lirəsinə (90 milyon 400 min manat) nağd alınıb. Satınalama 18 İyun 2018-ci ildə başa çatdırılıb.

“PAŞA Bank Türkiyə”nin Baş direktoru H. Cenk Eynehan; “Yaxın dövrdə “PAŞA Holdinq”in birbaşa investisiyası ilə sərmayəmizi 500 milyon TL-yə qaldırmışıq. Bütün bu addımlar, baş sərmayəçilərimiz PAŞA Bank, PAŞA Holding-n və Azərbaycanlı investorların ölkəmizə və iqtisadiyyatımıza göstərdiyi etimadın bariz göstəricisidir”,- deyib.

©Marja.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər