“PAŞA Bank”-ın departament direktoru vəzifəyə təyin olundu

Bəhruz Nağıyev “Paşa Kapital İnvestisiya şirkəti” QSC-nin yeni direktoru təyin edilib.

Dəyişikliyə görə, O, bu vəzifədə Mansur Məmmədovu əvəz edib.

Qeyd edək ki,  Bəhruz Nağıyev paralel  olaraq “Paşa Bank” ASC-nin Xəzinədarlıq və kapital bazarı Departamentinin direktoru vəzifəsini icra edir.

Xatırladaq ki, Bakı Fond Birjasında “PAŞA Kapital” dövriyyəsinin həcminə görə 4,756 milyard manatdan çox olmaqla ikinci yerdə durur.


©Turan İnformasiya Agentliyi

📝 RƏY BİLDİR