“PAŞA Bank”dan müştərilərə xəbərdarlıq

Foto: PASHA Holding-dən

“PAŞA Bank” ASC müştərilərinə SMS-lə müraciət edib.

Müraciətdə bildirilir ki, dekabrın 10-da, saat 01:00-dan 10:00-a qədər Bankda təkmilləşdirmə işləri aparılacaq.

Bununla əlaqədar onlayn rejimdə aparılan xidmətlərin istifadəsində fasilələr yarana bilər. Müştərilərdən əməliyyatları saat 11:00-dan sonra həyata keçirmək və yaxud təkrar icra etmək xahiş olunur.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 30%-i “Ador” MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.