24 C
Baku
Thursday, April 18, 2024

“PAŞA Bank”ın İdarə Heyətinə yeni üzv seçilib

Bankın İdarə Heyəti tam tərkibdə formalaşdırılıb

“PAŞA Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Xəyalə Nağıyeva bankın İdarə Heyətinin üzvü vəzifəsinə gətirilib.

Bununla yanaşı, X. Nağıyeva bankın baş maliyyə inzibatçısı vəzifəsi də həvalə olunub.

Bu təyinatla bankın İdarə Heyətinin tam tərkibi formalaşdırılıb.

Xatırladaq ki, bu ilin iyun ayında Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinə Taleh Kazımov təyin edilib. İdarə Heyətinin sədr müavini vəzifəsi Emil Hacıyevə həvalə olunub.

Bundan başqa, Şirin Əliyeva və Aydın Atakişiyev İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, Ş. Əliyeva baş hüquq inzibatçısı, A. Atakişiyev isə baş strategiya inzibatçısı kimi fəaliyyət göstərəcək. Onların hər ikisi öz yeni vəzifələrinə 22 may 2015-ci il tarixindən etibarən təyin olunublar.

APA

Son xəbərlər
Digər xəbərlər