13 C
Baku
Friday, March 29, 2024

PAŞA Holding: “Banklar üçün qısamüddətli likvidliyi təmin etmək başağrısıdır”

“Banklar bu gün əsas vəsaitləri depozit yolu ilə cəlb edir. Bilirsiniz ki, qiymətli kağızlar vasitəsi ilə cəlb edilən vəsaitlər daha ucuz və daha uzunmüddətli olur. Vəsaitlərin bu cür cəlbi daha çox likvidliyə səbəb olur”.

Bunu “PAŞA Holdinq” MMC-nin direktorunun birinci müavini Cəlal Qasımov “Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

“Banklarda bu bazar inkişaf edərsə, daha ucuz və uzunmüddətli vəsait cəlb etmək imkanı yarana bilər. Banklar üçün qısamüddətli likvidliyi təmin etmək başağrısıdır. Banklar qısamüddətli likvidlik qarşısında vəsaitləri necə yerləşdirməyi və mənfəət əldə etməyi düşünür. Qiymətli kağızlar bazarı inkişaf etsə, investisiya üçün imkanlar çox olsa, xəzinədarların əlində yaxşı alətlər olacaq və banklar bundan gəlirlilik əldə edə bilər”, – deyə C. Qasımov vurğulayıb.

Bankların korporativ müştərilərinin kreditə tələbinin böyük olduğunu deyən holdinq rəsmisi bildirib ki, kapital məhdudiyyətinə görə maliyyə təşkilatları həmin kreditləri verə bilmir: “Bunun bir neçə yolu var. Məsələn, banklar öz korporativ müştərilərinə məsləhət verərək, onlara kömək edərək kapital bazarları vasitəsilə öz müştərilərinə lazım olan pul vəsaitlərini cəlb etməsinə yardım edə bilər”.

C.Qaslmov hesab edir ki, qiymətli kağızlar bazarının inkişafı üçün bu sahədən əldə olunan gəlirlər və investorlara ödənilən dividentlərin vergidən azad olunmasına ehtiyac var.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər