“PASHA Holding”in iki sığorta şirkətinin yığımındakı payı bazarın 67%-nə bərabərdir

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yanvar ayı üzrə sığorta haqları və sığorta ödənişləri üzrə hesabat açıqlayıb.

Banker.az həmin hesabata istinad edərək bildirir ki, 2018-ci ilin yanvar ayı üzrə ən çox  sığorta haqları əldə edən 3-lükdə “PASHA Holding” MMC-nin iki şirkəti durur. Holdinqin iki şirkəti ümümilikdə 55 709 400 manat sığorta haqqı yığıb ki, bu da ümümi bazarın 67.31%-ni təşkil edir.

Belə ki, sığorta haqlarının yığımına görə, “Paşa Sığorta” ASC  – 41 233 700 manatla ilk və “Paşa Həyat Sığorta” ASC – 14 475 700  manatla ikinci pilləni bölüşdürüb. Üçlüyü isə 6 507 200 manatla “İpək Yolu Sığorta” ASC (Silk Way Insurance) bağlayıb.

2018-ci ilin yanvar ayı üzrə
(təcili məlumatlar əsasında və min manatla)
# Sığortaçının adı  Sığorta Haqları  Sığorta Ödənişləri
1 “Paşa Sığorta” ASC 41,233.70 4,869.40
2 “Paşa Həyat Sığorta” ASC 14,475.70 3,810.60
3 “İpək Yolu Sığorta” ASC 6,507.20 316.5
4 “Atəşgah Həyat”  ASC 3,039.00 4,373.00
5 “Atəşgah”  ASC 2,911.90 1,677.60
6 “AXA MBASK”  ASC 2,820.40 865.5
7 “Qala Sığorta” ASC 2,507.40 107.6
8 “Meqa Sığorta” ASC 2,234.70 245
9 “AtaSığorta” ASC 1,398.90 607
10 “AZSIĞORTA” ASC 1,244.50 689
11 “A-Qroup ” ASC 1,068.50 467.6
12 “Qala Həyat”  ASC 954.9 3,258.70
13 “Standard Insurance” ASC 605.2 311.1
14 “Xalq Sığorta” ASC 543.1 236.7
15 Az. Dövlət Sığorta Kommersiya Şirkəti 462 584.2
16 “Günay Sığorta” ASC 428 289.5
17 “Azərbaycan Sənaye Sığorta” ASC 182 237.1
18 “Rəvan Sığorta” ASC 77 10.4
19 “Bakı Sığorta” ASC 52.1 27.8
20 “Naxçıvansığorta” ASC 9.1                                       –
21 “Amrah Sığorta” ASC 4.7 3.9
YEKUN 82,760.00 22,988.10
📝 RƏY BİLDİR