14 C
Baku
Thursday, March 28, 2024

“PAŞA Sığorta” AİF-in əməkdaşlarını sığortalayacaq – Sığorta haqqının məbləği açıqlandı

“Azərbaycan İpoteka Fondu” ASC 2018-ci ildə əməkdaşlarının könüllü tibbi sığortalanması çərçivəsində 49,43 min manat ödəniş həyata keçirəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.

“AİF-in əməkdaşlarının könüllü tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender başa çatıb və tenderin qalibi olaraq “PAŞA Sığorta” ASC seçilib. 26 dekabr 2017-ci il tarixində AİF ilə “PAŞA Sığorta” arasında müqaviləsi bağlanıb”, – nazirlikdən qeyd ediblər.

Müqaviləyə əsasən, sığortaçıların haqları 49,43 min manat həcmində qiymətləndirilir.

2017-ci ildə “PAŞA Sığorta” ASC AİF-in əməkdaşlarının könüllü tibbi sığortaçısı olub.

Son xəbərlər
Digər xəbərlər