15 C
Baku
Friday, March 29, 2024

PaşaBank iki rübü 22 mln. mənfəətlə başa vurub

Azərbaycanın ən iri banklarından olan PaşaBank 2018-ci ilin 2-ci rübünün sonuna dair maliyyə hesabatlarını açıqlamışdır.

Hesabatlara əsasən, bank ikinci rüb ərzində 15.6 mln. manat həcmində gəlir əldə edərək , 2018-ci ilin iki rübünün cəmi mənfəətini 22 mln. manata çatdırmışdır.

Qeyd olunan dövr ərzində şirkətin aktivlərinin həcmi rekord həcmə qədər artaraq 3.9 mlrd. manat təşkil etmişdir. Bu templərlə artıq növbəti rübə bankın aktivlərinin 4 mlrd. dolları keçəcəyini proqnozlaşdırmaq olar. Məlumat üçün bildirək ki,  aktivlərin artımı əsasən öhdəliklərin hesabına olmuşdur , 1-ci rüblə 2-ci rüb arasında öhdəliklər 3.2 mlrd. manatdan 3.5 mlrd. manata qədər artmışdır.

Son xəbərlər
Digər xəbərlər