26 C
Baku
Friday, April 19, 2024

Paşinyan dünyaca məşhur türkiyəli iqtisadçını Yerevana çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan dünya şöhrətli türkiyəli iqtisadçı, erməniəsilli Daron Acemoğlunu Yerevana dəvət edib.

2004-cü ildə Türkiyədən mühacirət edərək Massaçusets Texnologiya İnstitutunda işləməyə başlayan Acemoğlu Paşinyanın dəvətini qəbul edib. Baş nazir onu Ermənistan iqtisadiyyatını dirçəltmək üçün ölkəsinə çağırıb. Paşinyan məşhur iqtisadçının razılığını onunla telefon danışığından sonra alıb. Acemoğlunun Ermənistana gedəcəyi tarix hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, 1967-ci ildə İstanbulda anadan olan Daron Acemoğlu 2006-cı ildən Amerika İncəsənət Akademiyasının üzvü, Beyts Klark mükafatının laureatıdır. O, dünyanın nümunə göstərilən 10 ən yaxşı iqtisadçısından biridir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər