23 C
Baku
Thursday, April 25, 2024

Passiv gəlir mənbələri: növləri, xüsusiyyətləri və fərqləri

Passiv gəlir mənbələrinin bir neçə növləri vardır. Lakin ilk əvvəl gəlirin özünün neçə növünün olduğunu aydınlaşdıraq. Gəlirin xətti və passiv gəlir növü var.

Xətti gəlir – bu gündəlik işə gedərək əldə etdiyiniz gəlirdir (həkim, satıcı, mühafizəçi və s.). İnsanlar işləməyi dayandırdıqda isə öz gəlir mənbələrini və yaşayış üçün təminat vasitələrini itirir.

Passiv gəlir (qalıq) – bu elə bir gəlir növüdür ki, hətta işləməsəniz belə siz daima gəlir əldə edirsiniz. Bu sizin gündəlik fəal fəaliyyətinizdən asılı deyil və bu gəlir növü maliyyə müstəqilliyi anlayışı ilə sıx bağlıdır. Buna görə də, hazırda passiv gəlir mənbəyi yaratmaq çox vacibdir.

Passiv gəlirin əsas mənbələri aşağıdakılardır:

  • Daşınmaz əmlak
  • Müəllif qonorarı (əqli mülkiyyət)
  • Marketinq
  • İnvestisiya

1) Daşınmaz əmlak – əgər hər hansı bir daşınmaz əmlak nümunəsinə sahibsinizsə onu istənilən vaxt icarəyə verə bilərsiniz. Bu növ gəlirin müsbət cəhəti onun stabil, etibarlı və daimi inkişafda olmasıdır. Burada çatışmayan cəhətlərə misal olaraq ani olaraq külli miqdarda pulun lazım olması və aşağı səviyyəli likvidlik ola bilər.

2) Müəllif qonorarı – tutaq ki, siz kitab yazdınız, film lentə aldınız, mahnı bəstələdiniz və s. Bunu nə zaman yaratdığınızdan asılı olmayaraq ömrünüzün sonuna qədər bundan müəllif qonorarı almaqda davam edəcəksiniz. Və yaxud dəfələrlə istehsal edilən öz kəşfinizi patentləşdirdiniz. Başqa bir misal, tutalım ki, siz hər hansı bir yeni telefon detalı yaratdınız və hər satılan bir telefona görə sizə faiz hesablanır. Hətta bu kiçik bir faiz dərəcəsi olsa da, kütləvi sayda telefon satışları sizə milyonlar qazandıracaq.

3) Marketinq – bu françayzinq, şəbəkə marketinqi (MLM) və s.dir. Məsələn, Macdonaldsı götürək, bu təmiz françayzinqdir. Əgər kimsə öz şəhərində Macdonalds açmaq istəyirsə öz bu restoranlar şəbəkəsinin yaradıcısına müəyyən bir məbləğ ödəyir və bu məşhur brendlə öz biznesini yaratmağa başlayır. Bununla yanaşı, bu insan əldə etdiyi gəlirdən müəyyən olunmuş həcmdə faiz də ödəyir.

Şəbəkə marketinqi (MLM) – bu istehsalçı tərəfindən müəyyən məhsulların alıcıya adi şəbəkə vasitəsilə təqdim edilməsdir.

4) İnvestisiyalar – bunlar həm bank depozitləri, qiymətli kağızlar və s. ola bilər. Burada siz ğz kapitalınızdan faiz əldə edirsiniz (“pul pul gətirər”).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər