13 C
Baku
Thursday, April 18, 2024

Pavel Durov Bitcoindən 35 milyon dollar qazanıb

“VKontakte” sosial şəbəkəsi və “Telegram” messencerinin yaradıcısı Pavel Durov bitkoin yatırımından 35 milyon dollar qazanıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

P. Durov bildirib ki, 4 il əvvəl 1,5 milyon dollara bitkoin paketi alıb. Ötən müddətdə bunların dəyəri 35 milyon dollara çatıb. P. Durov bitkoin ideyasına nikbin baxdığını deyib və onu “rəqəmli qızıl” adlandırıb.

Qeyd edək ki, kriptovalyuta milyarderi Kemeron Uinklvoss bitkoinin minimum 20 dəfə bahalaşaraq qızıla rəqib olacağını söyləyib.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər