PayPal həmtəsisçisi: Bitcoin lazımi qaydada qiymətləndirilmir

İnvestor, filantrop, milyarder və PayPal şirkətinin həmtəsisçisi Peter Thiel insanların Bitcoin rəqəmsal valyutasını lazımi qaydada qiymətləndirmədiyini hesab etdiyini bildirib.

Banker.az xəbər verir ki, Thiel bu haqda Səudiyyə Ərəbistanı, Ər-Riyadda keçirilən Future Investment Initiative gedişində qeyd edib.

Peter Thiel artıq uzun müddətdir ki, Bitcoin valyutasının tərəfdarı olaraq çıxış edir. O, hələ 2013-cü ildə Bitcoinin dünyanı dəyişmək üçün böyük potensiala sahib olduğunu vurğulamışdı. PayPal həmtəsisçilərindən biri olan milyarder Bitcoinin pul məkanında inqilab yaratmaq bacarığını etiraf edir. O Çikaqo universitetində çıxışı zamanı bildirmişdi ki, Bitcoin PayPal-dan fərqli olaraq valyuta yaratmağa nail oldu.

Peter Thiel həmçinin belə hesab edir ki, Bitcoin rəqəmsal qızıl ola bilər və hətta ehtiyat valyuta qismində öz xüsusi yerinə sahib ola bilər. Onun sözlərinə görə, Bitcoin məhdud say və hasil etmək imkanı da daxil olmaqla qızıl ilə bir çox oxşar cəhətə malikdir.