16 C
Baku
Friday, April 26, 2024

PayPal kriptovalyuta istifadəçilərinin hesablarını dondurur

PayPal şirkəti istənilən kriptovalyuta fəaliyyəti ilə bağlı istifadəçilərin hesablarını dondurur.

PayPal ödəniş üçün ən rahat və tez-tez istifadə olunan online vasitələrdən biri olsa da, Bitcoin və digər kriptovalyutalara qarşı əks mövqeyə sahibdir. Banker.az xəbər verir ki, Platforma faktiki olaraq nə kriptovalyuta alıcılarını, nə də satıcılarını dəstəkləmir.

Valyuta satışı üçün PayPal-dan istifadə etməyin risklərindən biri alıcıların hər zaman öz ödənişini geri qaytarmağı tələb edə bilməsidir.

Son zamanlar vəziyyət qəlizləşib. Bəzi istifadəçilərin verdiyi məlumata görə onların PayPal hesabları anidən dondurulub, onların pulları isə 180 günlük blok olunub.

PayPal şirkətinin qaydalarına əsasən, şirkət lazım bildiyi anda istifadəçilərin hesablarını bağlaya və yaxud vəsaitlərini dondura bilər. Belə bir qərara qarşı şikayət ilə çıxış etmək olmaz.

Hətta 180 günlük dövr bitdikdə, şirkət hesabın ömürlük olaraq bağlanıb, bağlanılmayacağı ilə bağlı dəqiq qərar verənə qədər hesabı digər bir analoji müddət ərzində dondurulmuş saxlaya bilər.

Bununla da, bəzi istifadəçilər il ərzində öz vəsaitlərinə toxuna bilməyəcəklər.

Bundan əlavə, PayPal vasitəsilə kriptovalyutanın istənilən formasını fəal şəkildə satanlar indi “valyuta dilerləri və yaxud birjaları” hesab olunur. Bu şəxslər ödəniş üçün PayPal platformasından istifadə etməzdən əvvəl xüsusi icazə almalıdırlar. Bu istifadəçilərdən heç biri belə bir icazə əldə etmədiyindən onların hesabları avtomatik olaraq dondurulub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər