15 C
Baku
Thursday, March 28, 2024

PayPal prezidenti Facebook-da işə düzəldi

PayPal ödəniş sisteminin prezidenti Devid Markus cari ilin 27 iyununda tutduğu vəzifəsini tərk edir və Facebook şirkətinə keçir. Markus sosial şəbəkənin mesajlaşma biznesinə rəhbərlik edəcək. PayPal şirkətinə isə müvəqqəti olaraq eBay-ın icraçı direktoru John Donahoe rəhbərlik edəcək.

Qeyd edək ki, eBay 2002-ci ildən PayPal ödəniş sisteminin sahibidir. 2013-cü ilin nəticələrinə görə PayPal istifadəçilərinin sayı 150 milyon nəfər idi. Facebook sosial şəbəkəsi isə 2004-cü ildə yaradılıb. Cari ilin mart ayında sosial şəbəkə istifadəçilərinin sayı 1,28 milyard nəfərə çatmışdı. Şirkətin 2013-cü il üzrə gəliri 7,87 milyard dollar, xalis gəliri isə 1,5 milyard dollar idi.

Son xəbərlər
Digər xəbərlər