15 C
Baku
Friday, March 29, 2024

Pensiya ödənişləri gecikir? – RƏSMİ CAVAB

Son günlər iyul ayı üzrə əmək pensiyalarının verilməsində gecikmənin olması, bunun da guya maliyyə təminatında çətinliklər və əlaqədar orqanların işi çevik qura bilməməsindən qaynaqlanması ilə bağlı müxtəlif fikirlər yayılıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, pensiya, müavinət, təqaüd və bu yönümdən olan digər sosial tipli xərclərin maliyyələşdirilməsi ilə əlaqədar cari ildə dövlət büdcəsində nəzərdə tutulan 7 aylıq ayırmalar (transfertlər) tam məbləğdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.
Nazirlik bəyan edib: “Azərbaycan Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin transfertlərin bölgüsünə dair razılaşdırılmış protokoluna əsasən, 7 ay üçün nəzərdə tutulmuş 741,3 milyon manat hər ayın əvvəlində, o cümlədən iyul ayı üçün nəzərdə tutulan 81,1 milyon manat vəsait tam həcmdə Fondun hesabına köçürülüb”.
Trend-in rəsmi dairələrdən əldə etdiyi məlumata görə isə iyul ayı üzrə pensiya ödənişlərinin gecikməsinə səbəb bayram günləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda aparılan təşkilatı və texniki dəyişikliklər olub.
Son xəbərlər
Digər xəbərlər