24 C
Baku
Thursday, April 18, 2024

“Pensiya+” xidməti nədir?

“Pensiya+” xidməti əmək pensiyaçılarına öz kartlarından nağdsız ödənişlər etməyə imkan yaradır.  Bu xidmət Beynəlxalq Banka məxsus bütün pensiya kart sahiblərinə aiddir.

Kredit limitindən siz yalnız müəyyən ticarət müəssisələrində nağdsız alış-veriş zamanı həmçinin  ABB-nin bankomatları ve rəsmi internet  səhifəsində  kommunal  ödənişlərin  aparılması üçün istifadə edə bilərsiniz. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.

“Pensiya+” xidməti çərçivəsində siz avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitini əldə edə bilərsiniz. Bununla belə, sizin müraciəti əsasında bu məbləğ artırıla da bilər. Xidmət pulsuzdur və sizdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Azərbaycan Beynəlxalq Bankının (ABB) “Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulmuşdur.

ABB –nın bütün pensiya kartı sahiblərinin nağdsız ödənişlərlə alış-veriş edə biləcəkləri  supermarket və ya digər şəbəkələr aşağıdakılardır.

  • Riyadfarm,
  • Avesta Farm,
  • Azəri-Med
  • Oksigen Klinikasında,
  • Neptun,
  • Araz,
  • Makromarket,
  • Armo Store,
  • Rahat, Favorit,
  • Everest
  • Bolmart.

Hazırda bu xidmətə 20-dən artıq müəssisə qoşulub və yaxın gələcəkdə müəssisələrin sayı daha da artırılacaq, həmçinin ölkənin regionlarını da əhatə edəcəkdir.

Onu da qeyd edək ki, Azərbaycanda 2004-cü ildən pensiyaların plastik kartlarla ödənilməsinə başlanılıb. Son illərdə isə pensiyaçıların plastik kartlarla ödənişinin əhatə dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür.

Son xəbərlər
Digər xəbərlər