15 C
Baku
Friday, March 29, 2024

Pepper robot daha bir bankda işləməyə başladı

Banker.az saytının verdiyi məlumata görə, Kanadanın ATB bankı Yaponiyanın Softbank qrupu tərəfindən yaradılmış 48 düym ölçüyə sahib insanabənzər Pepper robotun sınaqdan keçirilməsinə start verib.

Müştərilər bankın iki filialında Pepper ilə şifahi nitq vasitəsilə və sensor planşet ilə ünsiyyət qura, maliyyə təşkilatının məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bundan əlavə, robot rəqs edə, selfi çəkə və müştərilərin maliyyə savadlığını yoxlamaq üçün onlara müsabiqə təklif edə bilər.

Bundan daha əvvəl isə, Pepper Mizuho bankının Tokioda yerləşən əsas ofisində “işə” başlayıb. Robot həmçinin sifariş qəbul edir və bəzi Pizza Hut Asia restoranlarında ödəniş etməyə kömək edir.

Son xəbərlər
Digər xəbərlər