12 C
Baku
Friday, March 29, 2024

Peşə seçimi

Müəllif:  Vüsal Nadiroğlu, Sosial psixologiya üzrə tədqiqatçı

Peşə seçimi olduqca aktual bir məsələdir. İnsanın bu dünyada rahatçılığının əsası 2 düzgün seçimə bağlıdır.

1- Peşə seçiminin düzgün olması

2- Həyat yoldaşının düzgün seçilməsi

Düzgün peşə seçimi necə aparılmalıdır?

Peşə seçimi edərkən ən əsas 2 məsələyə  diqqət etməliyik:

1- Qabiliyyət və bacarığın aşkarlanması

2-  Maraq dairəsinin təyin olunması

Hər birimizə bir istedad verilib. Sadəcə bu istedadı, bacarığı ortaya çıxarmaq bizim öhdəmizdədir. Əfsus ki, insanların çoxu öz istedadını kəşf etmir və bu şəkildə  həyatdan köçürlər. Halbuki, hər birimizdə daxili bir istedad xəzinəsi vardır. Dünyadakı uğurlu insanlar da məhz öz qabiliyyətlərini aşkarladıqları üçün, yəni bacarıqlarına uyğun peşə ilə məşğul olduqları üçün uğur qazanırlar. Hər kəs öz sahəsində uğurlu ola bilər. Bizə düşən də öz sahəmizi təyin edib akiv çalışmaqdır. Qabiliyyət və bacarıqlara nümunə olaraq təhlil qabiliyyəti, riyazi hesablamaq, səlis nitq, riskin idarə olunması, izah etmək qabiliyyəti və s. göstərmək olar. Bu qabiliyyətlərin kökündə nə dayanır?

1- Allahın xüsusi olaraq verdiyi qabiliyyət;

2- Genetik kod vasitəsilə  valideynlərdən vəya əvvəlki nəsillərdən keçən qabiliyyət.

Qabiliyyət də maraq dairəsinə uyğun olaraq özünü biruzə verir. Maraq dairəsi isə insanın ailə mühiti, təhsil səviyyəsi və dünya görüşünün əsasında formalaşır. Məsələn: Təhlil qabiliyyətli bir insan maraq dairəsindən asılı olaraq sosioloq, müstəntiq, maliyyəçi vəya iqtisadçı ekspert ola bilər. Riyazi hesablama qabiliyyəti olan  mühasib, layihəçi – mühəndis vəya nəzarət ölçü cihazları üzrə mütəxəssis ola bilər.

Bacarığıma uyğun peşə yoxsa pullu iş?

 İnsanların çoxu səbrsizlik edərək qısa bir zamanda çoxlu pul qazanmaq istəyirlər. Peşə seçimi aparmadan, sevdiyi və maraqlı işini axtarmadan yalnız pul qazanmaq üçün işləyirlər. Bu çox böyük səhvdir. Əlbəttə, maddiyyat böyük vasitədir, amma hər şey deyil. Belə insanlar çoxlu pul qazansalar da üzləri gülməz, xoşbəxt və rahat olmazlar bu həyatda. Bir müddət sonra təbii ki, öz səhvini anlayanlar olur. Yəni insan bir müddət səbr etsə, öz peşəsini möhkəmləndirsə, o tədricən istədiyi maddiyata qazanacaqdır. Dünyadakı hər bir uğurlu mütəxəssis bu çətinlik mərhələsini keçərək yüksək nüfuz və gəlir əldə ediblər. Amma həqiqi peşə sahiblərinin 1-ci hədəfləri maddiyyat olmayıb. Öz peşəsinin vurğunu olan insanların hədəfi öz bacarığını ortaya qoyub rahat olmaq, inkişaf etmək və insanlara fayda verməkdir. Çoxlu pul isə avtomatik olaraq sonradan gəlir.

Peşə seçimində çətinlik çəkənlər aşağıdakı sualların cavablarını [email protected]  elektron ünvanına göndərsinlər və biz də onlara peşə seçimində yardımçı olaq.

Suallar

1- Tez- tez danışansınızmı?

2- Qisas almağı sevirsinizmi?

3- Özünüzü çoxmu  sevirsiniz?

4- Geyimə ciddi diqqət edirsinizmi?

5- İnsanların problemlərini dinləməyə hazırsınızmı?

6- Məsuliyyət götürməyi sevirsinizmi?

7- Tək qalmağı xoşlayırsınızmı?

8- Texniki cihazların təmirinə maraq duyursunuzmu?

9- Heyvanları sevirsinizmi?

10- Təbiət mənzərəsi xoşlayırsınızmı?

11- Ən sevdiyiniz rəng hansıdır?

12- Diqqət mərkəzində olmağı sevirsinizmi?

13- Özünüzü başqalarından üstün tutmağı sevirsinizmi?

14- Sizə tərif edəndə xoşunuza gəlirmi?

15- Sizə qarşı  yerində olan tənqidi  qəbul edirsinizmi?

16- Ən sevdiyiniz fənn hansıdır və səbəbi nədir ?

17- Ən sevdiyiniz peşə hansıdır, səbəbi nədir ?

18- Özünüz kimi inandığınız dostunuz varmı?

19- Fədakarlıq etməyi xoşlayırsınızmı?

20- Komanda işindən zövq alırsınızmı?

21- İnsanların səhvlərini bağışlaya bilirsinizmi?

22- Öz səhvinizi özünüzə bağışlaya bilirsinizmi?

23- Doğulduğunuz məhəlləyə qarşı xüsusi sevginiz varmı?

24- Siz şən və gülərüz insansınız, yoxsa sakit və fikirli?

25- Həyatdan yorulduğunuz anlar olurmu?

26- Yaşamağı sevirsinizmi?

27- Nəticəyə diqqət edirsiniz, yoxsa prosesə daha çox meyllisiniz?

28- Darıxanda nə edirsiniz?

29- Çox yatmağı xoşlayırsınızmı?

30- Çox yemək sizə aiddirmi?

31- Sevimli məşğuliyyətiniz hansıdır?

32- Hansı mövzularda kitab oxumağı sevirsiniz?

33- İnsanların eyiblərini üzlərinə sərt olaraq deyə bilirsinizmi?

34- Ən çox hansı məsələlərə görə əsəbiləşirsiniz?

35- Ana dilinizə bir ünsiyyət vasitəsi kimi baxırsınız yoxsa sevirsiniz?

Aşağıdakıları diqqətlə oxuyun və əlavə bir səhifədə tam səmimi və sərbəst olaraq cavablandırın:

 Bölüm 1

Sizin üçün:

1- Mühüm,əhəmiyyətli və dəyərli mövzu

2- Yormayan, rahatlıq və zövq verən mövzu

3- Qəlbən bağlılıq, daxildən gələn arzular

4- Xəyal olunanlar

5- Hər an diqqətdə olan mövzu

6- Həll olunması mühüm olan məsələ

7- Özünü bu mövzuda ən uğurlu hesab etmə

Bölüm 2

1-  Qabiliyyət və bacarıqlar haqda yazn

2- Maraq dairəniz haqda yazın

3- Xarakter və şəxsi xüsusiyyətləriniz haqda yazın

4 –Maraq duyduğu peşələr haqda yazın

Son xəbərlər
Digər xəbərlər