12 C
Baku
Friday, March 29, 2024

“Petkim Holding”in xalis mənfəəti artıb

Əsas hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” bu ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Report Holdinqə istinadən xəbər verir ki, şirkət bu ilin I rübündə 149 mln. Türkiyə lirəsi (TRY) həcmində xalis mənfəət əldə edib. Bu isə ötən ilin müvafiq dövründən 3,35 dəfə artıqdır.

Bu ilin 3 ayı ərzində şirkətin xalis satışı 18% artıb və 1,108 mlrd. lirə təşkil edib. Holdinqin aktivləri isə hesabat dövründə 32% artaraq 5,461 mlrd. lirəyə çatıb.

Son xəbərlər
Digər xəbərlər