25 C
Baku
Friday, April 19, 2024

“Petkim”in İdarə Heyətinə yeni təyinat olub

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding A.Ş.”nin İdarə Heyətinə yeni təyinat olub.

Neslihan Tonbul “Petkim”in İdarə Heyətinin yeni üzvü təyin olunub.

Qeyd edək ki, N.Tonbul beynəlxalq idarəetmə və maliyyə sahəsində 30 ildən çox təcrübəyə malikdir. O, “Irving Trust Company”, “Bank of New York” və “BNY Mellon”da çalışıb. Türkiyə bank sektorunun inkişafında onun böyük rolu olub. “Yaşar Holding”, “Prysmian Kablo”, “Turcas Petrol”, “ANEL Elektrik” şirkətlərinin İdarə Heyətində təmsil olunub, hazırda həm də “Vakıfbank International”da (Vienna) İdarə Heyətində müstəqil üzvdür.

N.Tonbul Koç Universitetində müəllim kimi də çalışır.

O, ingilis, fransız və Azərbaycan dillərini bilir, italyan və fars dillərini öyrənir.

Bildirək ki, hazırda “Petkim”in İdarə Heyətində 9 nəfər var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər