15 C
Baku
Wednesday, April 24, 2024

Peugeot CEO dəyişikliyi etdi

Bloomberg agentliyinin verdiyi məlumata əsasən, Fransanın avtomobil istehsal edən şirkəti PSAPeugeotCitroen-in yeni baş icraçı direktoru Carlos Tavares olacaq. Tavares Peugeot şirkətində öz vəzifəsini icra etməyə 2014-cü ildən başlayacaq.O bu vəzifədə PhilippeVarin-i əvəz edəcək.

2013-cü ilin avqustuna qədər Tavares Renault şirkətində baş əməliyyat müdiri vəzifəsində işləyib. Əvvəllər verilən məlumatlara görə o şəxsi layihələri ilə məşğul olacaqdı, lakin bunların məhz hansı layihələr olduğu açıqlanmırdı. Tavares Renault şirkətində 30 ildən artıq çalışıb. Buna qədər isə o NissanMotor şirkətinin Şimali Amerika bölməsinə rəhbərlik edib.

Tavares Renault şirkətini tərk etməmişdən bir neçə həftə əvvəl bəyan etmişdi ki, GeneralMotors və FordMotor kimi nəhəng avtomobil şirkətlərinə rəhbərlik etmək istəyərdi. O həmçinin bildirmişdir ki, Renault şirkətində o karyera artımına ümid bəsləmir. Belə ki, yaxın gələcəkdə də şirkətə əvvəlki kimi Carlos Ghosn rəhbərlik edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər