4 C
Baku
Friday, March 29, 2024

“Pirr qələbəsi” nə deməkdir?

Bəzən “Pirr qələbəsi” ifadəsini eşitsək də, mənasını heç də hər birimiz dəqiqliklə anlamırıq.

Bu ifadə kimsə böyük çətinliklə nəyəsə nail olduqda istifadə edilir. İfadədə adı keçən Pirr-in kim olduğu və onun nə vaxt qələbə qazandığı barədə çox az adam düşünüb. Bu ifadə öz başlanğıcını qədim zamanlardan götürüb.

Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi chətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur.

Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir. Axı onun da ordusu düşmən kimi 15 000 nəfər itirmişdi. Belə olduqda Pirr deyir ki, onun bir dəfə də bu cür qələbəsi olarsa, bunu məğlubiyyət hesab etmək olar. Belə ki, deyirə savaşacaq ordu qalmır.

Bundan bir qədər keçdikdən sonra Pirr məğlub olur, özü isə döyüş meydanında həlak olur. Hadisə belə baş verir: Kral Arqos adlı kiçik yunan şəhərinə gedir. Qaranlıq düşdükdə onun ən yaxşı əsgərləri əhalidən gizli şəkildə şəhərə daxil olur. Əhali hücumu yalnızca filləri gördükdə hiss edir. Bütün gecə bpyu döyüş gedir. Yunanlara şəhəri qorumağa kömək edən yeganə şey onları Pirr ordusundan ayıran çoxsaylı kanallar idi. Şəhərin dar və qaranlıq küçələrində tezliklə hər şey bir-birinə qarışır. Döyüşçülər artıq rəhbərlərinin əmrini eşitmir, nə baş verdiyini anlamırdılar.

Günəş çıxdıqda Pirr uğursuz şəhəri tərk etmək qərarına gəlir və Arqos divarları yanında ehtiyat ordu ilə gözləyən oğluna çapar göndərir. Yeni plana əsasən, kralın oğlu öz ordusu ilə şəhər divarlarında deşik açmalı idi və şəhərdəki ordu şəhəri oradan tərk etməli idi. Lakin çapar məlumatı yalnış analyır və kralın oğluna atasının onu şəhərdə gözlədiyini xəbər verir. Oğul orduya şəhərə daxil olmaq əmri verir. Nəticədə iki qoşun çıxışda qarşılaşır və böyük çaxnaşma yaradır. Sözəbaxmayan filin qapıların önündə yerə yataraq tərpənməməsi çaxnaşmanı idarə edilməz hala gətirir. Pirr-i şəhərin müdafiəçilərindən birinin anası qətlə yetirir. Damda gizlənən qadın mühafizəçi olan oğlunun kral tərəfindən təhlükədə olduğunu gördükdə damdan qopardığı daşı Pirr-in üzərinə atır. Pirr aldığı zərbədən dünyasını dəyişir.

O zamandan etibarən çətin, şübhəli və dolaşıq şəkildə əldə edilən uğuru “Pirr qələbəsi” adlandırırlar. Bu qələbəyə nail olmaq üçün isə kütləvi sayda qurban tələb olunur.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.