22 C
Baku
Thursday, April 25, 2024

Pis rəhbərin əsas əlamətləri hansılardır?

Özünüzü tabeliyində olan əməkdaşları təngə gətirən rəhbər kimi hiss edirsiniz? Və yaxud özünüzü bu günə qədər gördüyünüz ən yaxşı lider hesab edirsiniz? 

Əslində isə heç bir rəhbər ideal deyil və siz fəaliyyətiniz boyu yaxşı rəhbər olmaq üçün nələrisə öyrənməli, təcrübə toplamalı olacaqsınız. Bəzən özünüzü kənardan izləmək və subyektiv olaraq yaxşı və yaxud pis rəhbər olduğunuzu qiymətləndirməyiniz mütləqdir. Təbii ki, yaxşı rəhbər və lider olmaq arzusundasınızsa.

Bəs pis rəhbərlərin əsas davranış formaları hansılardır və onu necə tanımaq olar? Business.com portalı aşağıdakı davranış formalarını təyin etmişdir:

İş zamanı əməkdaşın hər addımına nəzarət edir:

Heç bir şey biznesi xırdaçılıq qədər sürətlə məhv edə bilməz. Bəziləri elə düşünür ki, onların yardımı olmadan heç cür keçinə bilmərik və daim işə müdaxilə etməyə çalışır. Əgər sözügedən bu halı öz üzərinizdə hiss edirsinizsə bu zamanla vərdişə çevrilə bilər. Lakin siz bunu dəyişmək iqtidarındasınız. Unutmayın ki, sizə tabe şəxslərin də işdə sərbəstlik tələb etmək haqqı var.

Tələblərini yerinə yetirməyi əmr edir:

Yaxşı rəhbər əməkdaşlarını həvəsləndirmək üçün əla nümunə rolunu oynaya bilər. Yox əgər, o daim işə gecikirsə, dress-code-a riayət etmirsə, hər hansı bir layihədə əməkdaşlarını yarı yolda qoyursa o necə bir nümunə rolunu oynaya bilər?! Düzdür, ən mükəmməl rəhbərlər belə səhvə yol verə bilər. Lakin yuxarıda sadaladığımız cəhətlər artıq liderin gündəlik vərdişinə çevrilirsə burada heç bir yaxşı rəhbərdən söz gedə bilməz.

Hər kəsə eyni şəkildə ədalətli davranmırlar:

Bir kollektiv daxilində rəhbər hər hansı bir əməkdaşı öz davranışları ilə digərlərindən fərqləndirirsə digərləri bunu dərhal edir. Bu isə öz növbəsində kollektivin ruhuna zərbə vurur. Bu səhvi özünüzün də etdiyini düşünürsünüzsə davranış tərzinizi nəzərdən keçirməkdə fayda var.

Yaxşı rəhbər olmaq üçün çox sayda üsullar var, lakin bir mənalı olaraq bunun üçün çox yol qət etməli olacaqsınız.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər