8 C
Baku
Friday, March 29, 2024

Pis rəhbərlə yola getməyin beş üsulu

Dözülməz bir boss ilə işləmək məcburiyyətindəsiniz? Bunu adi və idarə edilməsi mümkün  bir problem kimi qəbul edin, əgər idarə etmək mümkünsə demək öhdəsindən gəlmək də mümkündür. Dəhşətli boss ilə eyni dam altında işləməyə uyğunlaşmaq və psixoloji müharibədə ona qalib gəlmək üçün sizə beş məsləhət təqdim edirik.

Zəhlətökən müdirlər tez-tez rast olunan hadisədir. Mikro menecment fanatları, ürəklərə vahimə salan bədxahlar, öz səhvlərini başqalarının zəifliyi altında gizlədən qorxaqlar. Bəs əgər getməyə yer yoxsa, qalmağasa güc, onda nə etməli? Aol.com saytı Robert Sattonun  «Axmaqlarsız həyat: sivil iş şəraitini necə qurmaq olar və qeyri sivil şəraitdə sağ qalmaq yolları» kitabından sizə beş tövsiyə təqdim edir.

1. Əyninizə zireh geyinin

Emosiyalara şüurunuza hakim kəsilməyə icazə verməyin. Müdirin yol verilməz və pis davranışını təkcə sizinlə balı olduğunu düşünməyin. Çox güman ki, o elə bütün əhatəsində olan insanlar ilə belə kobud davranır. Daha soyuqqanlı olun, onda bossun istənilən bir həmləsi sizi daha az yaralayacaq.

2. Şikayətlənməyin!

Əlbəttə belə davranış rəisə yaraşmaz, amma şikayətlənmək heç sizə də bonus qazandırmayacaq (ola bilsin ki, müdiriniz elə buna nail olmağa can atır). Dərindən nəfəs alın və deyin: Sizinlə böyük məmnuniyyətlə bu məsələni bir azdan müzakirə edərəm, amma başqa şəraitdə və başqa abı-havada.

3. Mübahisəyə aludə olmayın (yanlışlığa yol verməyin)

Bəzi insanlar var ki, sözün əsl mənasında adamı özündən çıxartmağa qadirdir. Amma siz öz işinizi görməyə və öz peşəkarlıq səviyyənizi nümayiş etdirməyə davam edin. Bəlkə də rəhbəriniz bunu hiss etməyəcək, əvəzində həmkarlarınız görəcək, kim özünü çox bərbad aparır, kim isə həqiqətən hörmətə layiqdir.

4. Qeydlər aparın

Bossun bütün əməlləri ilə bağlı sübut toplayın, onun yazılı və şifahi göstərişlərini qeyd edin, elektron məktubları saxlayın. Bütün bunlar rəhbər sizi işdən çıxartmaq istədiyi yalda köməyinizə çata bilər.

5. Çalışın, həmişə hadisənin ümumi mənzərəsini beyninizdə canlandıra biləsiniz.

Həyat təkcə işdən ibarət deyil. Öz ailəniz, dostlarınız və asudə keçirdiyiniz vaxtdan zövq almağa çalışın. Əgər iş gününün sonunda yaşadığınız şəxsi həyatdan məmnun qala bilsəniz, onda rəhbərin sizə dediyi istənilən kinayəli kəlmələr və ya etdiyi pisliklər o qədər də böyük əhəmiyyət kəsb etməyəcək.

Daha yaxşı üsullar bilirsiniz?

Son xəbərlər
Digər xəbərlər