Planetin ən nəhəng şirkətləri müəyyən edildi

Bloomberg agentliyinin verdiyi məlumata görə, növbəti dəfə kapitalizasiya həcminə görə planetin ən nəhəng şirkətlərinin reytinqi təşkil edilmişdir.

  • Keçən ilin yekunları əsasında təşkil edilmiş dünya reytinqində ilk pilləni Apple Inc. şirkəti tutmuşdur. Lakin bununla yanaşı, iPhone və iPad istehsalçısı olan şirkətin kapitalizasiyası bir o qədər də çox artmamışdır.  Cəmi 0,8%.  Şirkətin kapitalizasiyası 2012-ci ildəki 500,6 milyard dollar ilə müqayisədə 504,8 milyard dollar təşkil edir.

  • Neft-qaz şirkətləri içərisində ən nəhəng şirkətlərdən biri olan Exxon Mobil Corp. ikinci pillədə yer almışdır və onun göstəricisi 442,1 milyard dollardır. Qeyd edək ki, keçən il bu göstərici 394,6 milyard dollara bərabər idi və burada artım 12% həcmindədir.
  • Bundan sonraki pillələrdə keçən illərlə müqayisədə bir sıra dəyişikliklər baş vermişdir. Bu əsasən Çin şirkətlərinin kapital dəyərinin enməsi ilə əlaqədardır. 2012-ci ilin sonunda PetroChina (264,8 milyard dollar), Industrial & Commercial Bank of China Ltd. (236,5 milyard dollar) və China Mobile (234 milyard dollar) şirkətləri 3, 4 və 5-ci pillədə yer almışdılarsa da, hazırda onlar 14, 18 və 20-ci pillədə qərarlaşmışlar. Bu şirkətlərin  kapital dəyəri isə hazırda müvafiq olaraq 229,3 milyard dollar, 214,7 milyard dollar və 208,4 milyard dollar təşkil edir.
  • Nəticədə Industrial & Commercial Bank of China 2006-cı ildən etibarən ilk dəfə olaraq kapital həcminə görə dünyanın ən nəhəng bankı statusunu itirdi. ICBC ilk dəfə bu statusa 2007-ci ildə nail olmuşdu. Bank 2008-ci ilin sentyabr ayında öz yerini bir neçə günlük HSBC Holdings Plc-a vermişdi.
  • İndi Çin bankını iki amerikan bankı Wells Fargo & Co. (11-ci yer, 239,15 milyard dollar) və JPMorgan Chase & Co. (16-cı yer, 219,8 milyard dollar) təqib edir. 2012-ci ilin sonunda bu banklar 23 və 26-cı pillədə yer almışdılar.
  • Dünya liderlərinin beşliyində çin şirkətlərinin yerini amerikan şirkətləri tutmuşdur. Google Inc 5-ci pillədən 3-cü pilləyə yüksəlmişdir. Şirkətin kapitalizasiyası 232,4 milyard dollardan 374,4 milyard dollara qədər artmışdır.
  • Dünyaca məşhur Microsoft Corp. şirkəti isə 8-ci pillədən 4-cü pilləyə yüksəlmişdir. Şirkətin göstəricisi 224,8 milyard dollardan 312,3 milyard dollara qədər artmışdır.
  • Amerikalı milyarder Uorren Baffetin Berkshire Hathaway investisiya şirkəti bazar dəyərinin artması ilə 10-cu pillədən 5-ə yüksəlmişdi.
  • İlk 20-liyə ABŞ-dan  General Electric (6-cı yer, $283,6 milyard), Johnson & Johnson (7-ci yer, $258,4 milyard), Wal-Mart Stores (8-ci yer, $254,6 milyard), Chevron (10-cu yer, $240,2 milyard) və Procter & Gamble (15-ci yer, $221,3 milyard).
  • Bundan əlavə, dünyanın 20 ən nəhəng şirkətləri sırasına Royal Dutch Shell Plc (13-cü yer, $233,1 milyard) və yapon Toyota Motor (19-cu yer, $210,3 milyard) da daxildir.