15 C
Baku
Friday, March 29, 2024

Planetin ən sakit yerləri (otellər)

Müasir insanın təklikdə qalmaq imkanı  o qədər də olmur və görünür ki buna özü də çox can atmır: iri şəhərlərə gələrək özünü çox sayda sosial şəbəkələrlə əhatə edərək əvvəlki “hələlik” əvəzinə daha çox “əlaqədəyəm” deyir.

Bununla belə, meqapolisin hər bir sakini heç olmasa ildə bir dəfə öz ştekerini rozetkadan çıxardaraq azadlığa çıxmaq istəyir. Lakin müasir texnologiyaların və turizm sənayesinin yüksək inkişafı rəhbərlikdən gələn sonsuz sms-lə və skaypla konfranslar keçirməklə çox vaxt məzuniyyəti mobil ofis variantına çevirir, dəbdə olan kurort isə doğma şəhərdən az təlaşlı və səs-küylü olmur.

Bununla belə, qaçmaq mümkündür, yer üzündə sivilizasiyadan və ətraf mühitdən tam təcrid olaraq komfortla istirahət etmək üçün yerlər qalıb. Banker tıxaclar, Facebookun xəbərlər lenti və Power Pointda keçirilən prezentasiyalar haqqında bir müddət unutmaq üçün dünyanın 10 xəlvəti otellər təklif edir.

Petit St. Vincent  (Sent-Vinsent və Qrenadinlər)

Cəmi 0,4 kv. km ərazisi olan kiçicik Peti-Sent-Vinsent adası Qrenandinı arxipelaqına daxildir və Karib dənizinin cənub-qərbində yerləşir. Bura çatmaq üçün, əvvəlcə Barbados adasına sonra oradan Yunion adasına uçmaq, oradan isə katerlə daha 40 dəqiqə üzmək lazımdır.

Peti-Sent-Vinsent (yaxud yerli sakinlər adlandırdıqları kimi, sadəcə PSV) xüsusi mülkdür və eyni adı daşıyan kurortdan başqa burada heç nə yoxdur: adanın yeganə daimi sakinləri otelin əlli qulluqçusudur. Dəniz sahili xətt (ağ qumlu çimərliklər) boyu yerli daşdan tikilmiş 22 kottec səpələnib: hər birində yataq otağı, qonaq otağı, açıq eyvan, qarderob otağı və bir yaxud iki vanna otağı var, lakin nə telefon, nə televizor yoxdur.

Əlaqə ancaq yerli “teleqraf” vasitəsi ilə həyata keçirilir: hər villanın qarşısında qırmızı (bu “narahat etməyin” deməkdir) yaxud sarı bayraq qaldırmaq üçün bambukdan uzun ağac var. Axırıncı halda bir anda otel qulluqçusu kottecə qolf-karla (PSV-də mövcud olan yeganə nəqliyyat növüdür) gələcək. Belə bayraq ağacları bütün ada boyunca qoyulub, belə ki əgər çimərlikdə nahar etmək yaxud pinakolada içmək istəsəz sadəcə sarı bayrağı qaldırmaq lazımdır. Bundan başqa, burada mərcan riflərini yoxlamaq, yerli Marni-Hill (82 m) təpəsinə çıxmaq, tennis oynamaq, kirayəyə yelkənli katamaran götürmək yaxud qonşu adalara ekskursiyaya getmək olar.

Təfsilatlar: Otel noyabrdan avqustun axırına kimi işləyir. Iki nəfərlik kottecin qiyməti sutkaya $850-dan başlayır. Qiymətə səhər yeməyi, nahar, şam yeməyi, səhər qəhvəsi, nahardan sonra çay və kurortun bütün xidmətlərindən istifadə daxildir.

The Garvault Hotel (Şotlandiya)

Şimali Şotlandiyada bu mehmanxananın sahibləri onu “Böyük Britaniyanın ən uzaq oteli” adlandırırlar və bunun üçün tam əsasları var: fəxri titulun sahibi ən yaxın rəqiblərinə olan məsafədən təyin olunurdu və The Garvault bu yarışda aşkar üstünlüklə qalib gəldi (ən yaxında yerləşən otelə təxminən 40 km məsafə var) və eyni zamanda Ginnesin Rekordlar kitabına düşdü.

Ən yaxın supermarket daha uzaqdır, təxminən 80 km, otelə telefon xətti çəkmək üçün isə kommutatordan 20 km kabel çəkməli oldular (bu da yəgin rekord idi).  Lakin məsələ hətta məsafələrdə deyil, bu nadir haldır ki, otelin yeganə kirayənişini olmaq mümkün olsun: payızda və yazdan burada həftələrlə heç kim olmur, noyabrdan marta qədər isə The Garvault iki ay da boş qala bilər. Düzdür, bunun üçün obyektiv səbəblər var: məsələn keçən qış yeganə yolu qar elə basmışdı ki, iki həftədən çox müddətə mehmanxananın ətraf aləmlə əlaqəsi kəsilmişdi, şükür ki, qonşu kənddə (ora 12 km məsafə var) ekskovator tapılmışdı.  Oteldə duşu yaxud vannası olan 8 balaca nömrə, qonaq otağında buxar peçi, əla viski çeşidi olan barı və sadə, qidalı Şotland yeməyi, məsələn soğan supu, qızardılmış maral əti və əlbəttə ki kartof püresi ilə haggis verilən nahar etmək üçün zalı var.    Kirayənişinlərin əsas əyləncələri yaxında yerləşən təpələri və süpürgə kolları olan xam yerlərdə gəzinti və göl qızılbalığı və alabalığı yaxşı tutulan Lox-Rimsdeyl gölündə balıq tutmaqdır.

Təfsilatlar: Bir gecənin qiyməti adambaşına £65 təşkil edir (qiymətə səhər yeməyi və üç növ xörək daxildir).

Hotel de Larache (Atakama, Çili)

Bu balaca otel Çilinin şimalında 2500 m yüksəklikdə dünyanın ən quru Atakama səhrasında balaca San-Pedro şəhərinin yaxınlığında yerləşir.   Betondan, yandırılmayan kərpicdən,  şam ağacı və  şistdən inşa edilmiş dörd uzun birmərtəbəli binalar kölgəli ağaclar ətrafında kvadrat şəkilində tikilib.

Otel aktiv istirahətdə ixtisaslaşıb və 50 artıq müxtəlif ekskursiya təklif edir, hər axşam bələdçi sabah mümkün olacaq 7-14 variant ekskursiya haqqında elan edir. Siz ətraflarda yerləşən duzlu göllərə və aylı mənzərələrə baxmaq üçün piyada yaxud atla gəzintilər seçə bilərsiniz, yaxud dağlara gedə bilərsiz (düzdür yeni iqlimə uyğunlaşmaq üçün bura ən azı 4 günə gəlməlisiz). Fəth etmək üçün Toko (5604 m) və Korona (5291 m) zirvələri və eləcə də Likankabur (5916) və Sairekabur (6010) vulkanları  təklif olunur.

Ən tənbəl turistləri isə Çilinin çox yaxşı rizotto  şərabı ilə yerli mətbəxin kvinoa, pataska (tərəvəz və ətlə pörtlədilmiş qarğıdalı) və digər şah yeməklərindən sadəcə həzz ala bilərlər.  Yaxud gecəni gözləyərək burada olan obsevatoriyaya gedə bilərlər: insan yaşamayan Atakama Cənub yarımkürəsində ulduzlara baxmaq üçün ən yaxşı yer hesab olunur.  Əgər siz astronomiyadan güclü deyilsinizsə, sizə müxtəlif parlaq ulduzları tapmağa kömək edərlər və bürclərin adlarını deyərlər.

Təfsilat: Qalmağın minimal müddəti 3 gündür, iki nəfər üçün nömrə $3840-dan başlayır. Qiymətə aeroportdan gəlmə, üç dəfə yemək və bütün gündəlik ekskursiyalar daxildir.

Djupavik Hotel  (Dyupavik, İslandiya)

Dyupavik (səkkiz ev və benzin doldurma stansiyası) kəndi İslandiyanın şimal-qərbində Qrenland dənizinin fiordlarla doğranmış sahilində yerləşir. Bu yerlərdə əhalinin sıxlığı 5 kv. km-ə 1 adam təşkil edir, turistlər də bura nadir hallarda gələ bilirlər: ictimai nəqliyyat yoxdur, daha 40 km şimala isə Nordufioduromdan sonra yollar qurtarır, sonra ancaq piyada getmək olar.

Dyupavikin diqqətəlayiq  əsas yerləri,  sərt yerli təbiətin insan tərəfindən fəth etməyə sərf etdiyi qüvvənin boş olması simvollarıdır.  Nəhəng yarı dağılmış balıq emalı zavodu (bura indi ekskursiyaya gəlirlər) siyənək balığı ovunun kəskin azalmasından sonra, hələ 1954-cü ildə bağlanmışdır, gövdəsi sahildə paslanan“Sazerlend” gəmisi isə ondan qabaq qəzaya uğramışdı,  deyilənə görə onun yüz yaşı var.

Djupavik Hotel zavodun keçmiş qadın işçiləri üçün yataqxana binasında yerləşir, indi burada kənd üslubunda tərtib olunmuş  səkkiz nömrə var. Düzdür, ayaqyolu əvvəlki kimi mərtəbədə ümumidir, lakin sadə (əsasən balıq yeməkləri) yeməklər hazırlayan restoran var, nömrələrdən isə gözəl mənzərələr: bir tərəfdən dəniz və fiordlar, digər tərəfdən isə kəndin üstündə yerləşən Haafel (791) şəlaləsi görünür. Şimala, daha uzağa getmək və Krossneslauqda çimmərlikdə yerləşən qaynar termal suları olan hovuzda çimmək, yaxud Nordufiordurda gəmiyə minərək Vestfirdir yarımadasının qayalı sahilində yerləşən Hornbyarquyada olan mayaka bir günlük ekskursiyaya getmək olar.

Təfsilatlar: Reykyavikdən Dyupavikə maşınla getmək olar, bu təxminən 5 saat yoldur. Bundan başqa, bazar ertəsi günləri Qyoqur kəndinə Reykyavikdən təyyarələr uçur, bu Dyupavikdən təxminən yarım saatlıq yoldur, oteldə isə transfer təşkil edə bilərlər. Nömrənin qiyməti 7300 İrland kronundan başlayır.

Hotellerie de Mascognaz  (Maskonyaz, İtaliya)

Maskonyaz hətta kənd deyil, XIV əsrdə valzerslər (İsveçrənin Vale kontonundan çıxmış alman dilli əhali) tərəfindən İtaliyanın Valle D’Aosta əyalətində  dağ yaylasında tikilmiş bir neçə evlik xutordur.  Ən yaxında yerləşən Şampolyuk kurortundan bura ancaq ayaqla (təxminən 40 dəqiqə dağa çıxmaq) yaxud  yüksək keçidə malik avtomaşınla, qışda isə aeroxizəklə gəlmək olar.

Otel yeddi nömrədən və buxar peçi ilə rahat hollu olan daşdan tikilmiş qədim kənd evindən və keçmiş ambarda düzəldilən içi taxtadan işlənilmiş  iki yataq iki vanna otağı olan iki mərtəbəli lyuks Monte Rosa Suite-dən ibarətdir.  Bütün otaqlardan Monte-Roza dağ massivinə və məşhur Matterxon zirvəsinə fantastik görüntülər açılır, ətrafda isə sükut… səhərlər kirayənişinlər pəncərələrin altında otlayan inəklərin zınqırovlarının səsinə oyanırlar. Otel restoranında yerli yeməklər hazırlayırlar – məsələn pasta və fondyu, əla şərab verirlər, mehmanxanada isə sauna, cakuzi və trenajor zalı var.

Burada əsas əyləncə dağ gəzintiləri (oteldə quru ərzaqla lançboks verirlər, çünki yaxınlıqda mağaza yoxdur) qonşu kəndlərə pendir və şərab dequstasiyasına getməkdən, qışda isə dağ xizəyindən  ibarətdir (ən yaxın qaldırıcıya aeroxizəklə 20 dəqiqəyə getmək olar) .

Təfsilatlar: Nömrənin qiyməti sutkada €230-dan başlayır. Oteldə qış mövsümü 9 dekabrdan başlayır və aprelin əvvəlinə kimi davam edir.

Wasdale Head Inn (Vasdeyl Hed, İngiltərə)

Wasdale Head Inn oteli İngiltərənin Vasdeyl dərəsində Göllər diyarının ən ucqar küncündə Kambriya qraflığında yerləşir. Lakin Vadeyl Hed kəndinin sakinlərinə fəxr etməyə səbəb var: o İngiltərənin ən hündür dağının (Skofel-Payk, 978 m) ətəyində və ölkənin ən dərin gölünün (Vast Uoter, 79 m) sahilində yerləşir.
Elə burada İngilərənin ən balaca kilsəsi (Müqqədəs Olaf kilsəsi, deyilənə görə onun tirlərinə vikinqlər-drakkarların gəmilərinin taxtası istifadə edilib) yerləşir və dünyanın ən böyük yalançısı, özünü məhz belə adlandıran XIX əsrin ikinci yarısında Wasdale Head Inn-in sahibi və qonaqları uydurmalarla əyləndirən Uill Ritson anadan olmuşdur (onun şərəfinə burada hər il World’s Biggest Liar ən yaxşı hekayə müsabiqəsi keçirirlər).
Oteldə kənd ciddiliyi ilə düzülmüş mebelli 10 standart nömrə: böyük çarpayı, kreslo və komodla trümo; qonaq otağı olan iki ikiotaqlı syut və mətbəxli yeddi apartament var.  Qonaqları nömrələrdə elan qarşılayır: “Böyük şəhərlərin təlaşından gizlənmək istəyənlərin hamısına məmnuniyyətlə xəbər veririk ki, bizdə televizor yoxdur”.

Əvəzində, qoyun ətindən xüsusi yeməklər verən restoran və bir stəkan el götürərək onu həyətdə masa arxasında tələsmədən ətraf dağları seyr edərək içmək üçün əla pab var.  Onların birini fəth edə bilərsiz (yaddan çıxarmayın ki bunu edə bilməyənlər kənd qəbirstanlığında rahatlıq tapıblar) yaxud buzlaq daşlar səpələnmiş Vesdeyl dərəsinə gəzməyə getmək olar, otelin sahiblərinin sözlərinə görə bir neçə saat ərzində orada sizin qarşınıza heç kim çıxmayacaq.

Təfsilatlar: Standart nömrənin sutkası bir adam üçün £59-dan başlayır.

Whare Kea Lodge&Chalet (Yeni Zelandiya)

Butik-otellər asosiasiyasına daxil olan Relais & Chateaux altı nömrəlik (burada 12 nəfərdən artıq yerləşə bilməz) rahat ekoloc Maunt-Aspirinq milli parkının yaxınlığında Yeni Zelandiyanın Alp dağlarında Uanaka gölünün sahilində xəlvət yerdə yerləşir, döşəmədən tavana kimi olan pəncərələrdən görünən dağlar və su isə ətraf sahəni otaqların davamı kimi göstərir.

Burada əyləncələr ən sadələrindən (gölün sahilində tələsmədən gəzinti və oktyabrdan martadək ox atmaqla balıq ovu) zəriflərinə kimi: məsələn, qonşu Uanaka şəhərində (ora 7 km məsafədir) qolf yaxud pino nuar və şardone ilə məhşur olan şərab regionu Mərkəzi Otaqoya ekskursiya təklif olunur. Bundan başqa loc Yeni Zelandiyanın iki ən yaxşı dağ xizəyi kurortları Kardronoy və Trebl-Koun arasında yerləşib.

Otelə eləcə də Byukenen massivində yüksək dağlarda yerləşən iki yataq otağı olan pəncərələrdən ölkənin şimal-şərqdə Kuka və qərbdə Aspirinq dağlarının ən yüksək zirvələrinə mənzərə açılan  balaca kənd evi məxsusdur. Yayda dağlarda gəzmək, pikniklər təşkil etmək, buzlaqları və dağ çəmənliklərini seyr etmək, yazda və qışda isə əvvəlcədən vertolyotla dağlara qalxaraq oradan xizəklə aşağı enmək olar.

Təfsilatlar: İki nəfər üçün nömrə 1400 Yeni Zelandiya dollarından başlayır. Qiymətə səhər yeməyi, aperetivlər, yüngül qəlyanaltılar və dörd növ xörəkdən ibarət şam yeməyi daxildir. Lanç və pikniklər əlavə ödənişlə verilir. 23 dekabrdan 5 yanvara kimi bir gecə üçün hər adamdan əlavə 200 Yeni Zelandiya dolları alınır. Locu tam kirayə götürməyin qiyməti sutkada 8500 Yeni Zelandiya dollarıdır.

Puyuhuapi Lodge&Spa  (Çili)

Minlərlə adalar, fiordlar, boğazlar, qar papaqlı dağlar, buzlaqlar, çaylar, göllər, toxunulmayan meşələr- bunlar hamısı Pataqoniyadır, yer üzündə ən qəşəng yerlərdən biri…  Burada, ancaq dənizlə getmək mümkün olan xəlvəti heyranedici yerdə Puyuhuapi Lodge&Spa oteli yerləşib. O, 41 mehmanxana nömrələrini qızdıran termal bulağın yaxınlığında yerləşir (kranlarda olan isti su həmən bulaqdandır).

Burada bir dənə də olsun televizor yoxdur, mobil əlaqə mövcud deyil, internet isə ancaq lobbidə var, amma elə aşağı sürətlidir ki o demək olar ki, yoxdur. Katerlə 15 dəqiqə getdikdən sonra Keulat milli parkına gəlirsiz, burada qəribə ağaclar arasında pudu (dünyada ən balaca marallar),  kulpeo (and tülküləri) və vəhşi kodkod pişikləri gəzirlər, quşlar isə hətta ən ekzotikləri olan xyut-xyut və çukao insanlardan heç qorxmurlar.

Turistləri cəzb edən əsasən nəhəng San-Rafael buzlağıdır, bura 7 saat dar boğazlarla mehmanxananın Patagonia Express katamaran-gəmisi üzür.

Təfsilatlar: Loclarda nömrələr turlar tərkibində kirayə verilir. Tam sakitlik istəyənlər üçün dörd günlük Body&Soul proqramı var (qiymətlər gündə dörd spa-prosedurla ilə iki nəfərə $3340 başlayır). Əgər üç gün ərzində bir illik təəssüratlar toplamaq istəyirsizsə buzlağa üzməklə San Rafael Lagoon turu götürmək olar. Yeni il turu San-Rafael laqunasına getmək və bütün digər ekskursiya gözəlliklərini özünə daxil edir (iki nəfərə $4620).

Colonsay Hotel   (Kolonsey adası, Şotlandiya)

XVIII əsrin ortalarında tikilmiş balaca ikimərtəbəli otel Şotlandiyanın qərb sahilində Daxili Hebrid arxipelaqına daxil olan Kolonsey adasında yerləşir: bu “böyük yerdən” bərə ilə 2 saat yaxud yüngül təyyarə ilə 25 dəqiqəlik məsafədir.

Kolonsey mənzərələrin hədsiz müxtəlifliyi ilə məşhurdur: burada geniş qumlu çimərliklər,  sərt sıldırım qayalar, balaca buxtalar, alabalıqla dolu göllər  və rododendronlar, primulalar və sarı süsənlər çiçəkləyən bağlar var. Bu gözəllikləri demək olar ki tamamilə tənha seyr etmək olar: 40 kv. km ərazisi olan adada yüzdən bir qədər çox adam yaşayır, əvəzində isə burada suitiləri, vəhşi keçilər və 150 çox quş növü var.

Adada olan yeganə Colonsay Hotel-də hər biri yerli diqqətəlayiq bir yerin: çimərliyin, buxtanın, istehkamın yaxud  burunun adını daşıyan cəmi 9 nömrə var.   Oteldə təzə istridyələr və lanqustinlər, qoyun əti qızartması və eləcə də yerli ərzaqlar (məsələn, Mull adasından çedder və Kolonsey balı) verən qastropab işləyir, yaxında balaca pivə zavodunda isə əsl el hazırlayırlar.  Kolonseydə balıq tutmaq, qolf oynamaq, velosiped sürmək, dəniz suyunun çəkilməsi vaxtı isə XIV əsrin Avqustin monastırının dağıntılarına baxmaq üçün qonşu Oronseyə getmək olar.

Təfsilatlar: İki nəfərlik otağın qiyməti sutkada £85-dan başlayır. Kolonseyə getmək Oban liman şəhərindən daha rahatdır. Buradan adaya bərə (yayda həftədə altı və qışda həftədə 3 dəfə), və təyyarələr (həftədə iki dəfə, çərşənbə axşamları və cümə axşamları) uçurlar.

Son xəbərlər
Digər xəbərlər