15 C
Baku
Saturday, April 20, 2024

Planetin ən varlı imperatorları kimlərdir?

Yaponiya parlamentinin bu gün qəbul etdiyi qanun layihəsinə əsasən, imperator son 200 ildə ilk dəfə taxtdan əl çəkmək və tacı öz varisinə ötürmək hüququ əldə edir. İmperator taxtdan əl çəkməsi ilə bağlı könüllü xahişini 2016-cı ildə etmişdi.

Bununla belə, parlament tərəfindən qəbul edilmiş qanunda taxt-tacın gələcəkdə də bu formada ötürülməsinin davam etdiriləcəyi ilə bağlı göstəriş yoxdur. Hakimiyyətin ötürülməsinin dəqiq vaxtı imperator ailəsi ilə razılıqdan sonra təyin ediləcək. Lakin ekspertlərin fikrincə bu İmperatorun hakimiyyətinin 30 illiyinin bitməsi zamanı, yəni 2018-ci ilin dekabr ayında baş verə bilər.

Müasir dünyada kral və imperatorların yalnızca simvolik xarakter daşıdığına və ölkənin vasitəsiz idarə edilməsində iştirak etməmələrinə baxmayaraq, kral və imperator ailələri çox zəngindir.

Banker.az dünyanın ən varlı  TOP-10 imperatorunu təqdim edir:

 

  1. Sultan Kabus ben Said  

Ölkə: Oman

Sərvəti: $700 milyon

Sultan Kabus ben Said  sərvətini öz ölkəsinin neft-qaz sektoru sayəsində toplayıb. Lakin sultan öz sərvətini müxtəlif layihələrə, xüsusən də restavrasiya layihələrinə xərcləyən bir şəxs kimi tanınır. Bundan əlavə, o, ölkədə təhsil səviyyəsinin və sosial yardımın artırılması tərəfdarı olaraq çıxış edir.

  1. Knyaz II Albert  

Ölkə: Monako

Sərvəti: $1 milyard

Monako knyazı Monte-Karlo kazinosunda paya sahibdir. 2014-cü ilin dekabr ayının 10-dan Monakonun varis şahzadəsi knyazın oğlu Jak hesab olunur.

  1. Şeyx Tamim bin Hamad Al Tani

Ölkə: Qətər

Sərvəti: $2 milyard2013-cü ilin yayında onun atası Hamad bin Xəlifə Al Tani hakimiyyətdən oğlunun xeyrinə əl çəkmək qərarına gəldi. 25 iyundan başlayaraq Tamim bin Hamad Al Tani Qətərin yenu əmiri adını qazandı.

  1. Kral VI Məhəmməd  

Ölkə: Mərakeş

Sərvəti: $2,5 milyard

2011-ci ildə Kral VI Məhəmməd in təşəbbüsü ilə konstitusiya islahatı keçirilir və buna uyğun olaraq parlamentin və ölkənin baş nazirinin səlahiyyətləri genişləndirilir, əhalinin hüquq və azadlıqları təmin edilir.

 

  1. Knyaz II Hans-Adam

Ölkə: Lixtenşteyn

Sərvəti: $3,5 milyard

Dövlət rəhbərinin hökmranlığını məhdudlaşdıran müasir monarxların əksəriyyətindən fərqli olaraq, Hans-Adam 2013-cü ildə referendum təşkil edir və knyaz səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı bu referendumdan qalib olaraq ayrılır.

  1.  Kraliça II Yelizaveta

Ölkə: Böyük Britaniya

Sərvəti: $15 milyard

1952-ci ilin 6 fevral tarixində, 25 yaşında taxt-taca sahib olan kraliça II Yelizaveta öz hökmranlığı dövründə bir neçə də monarxiyanın ləğv edilməsi tərəfdarlarının, həmçinin bir sıra britaniyalı KİV-nin tənqidinə məruz qalıb.

  1. Kral Salman bin Abdulaziz al-Saud

Ölkə: Səudiyyə Ərəbistanı

Sərvəti: $17 milyard

23 yanvar 2015-ci ildə taxta çıxan kralın hakimiyyətinin başlanğıcı ölkədə edam cəzalarının kəskin şəkildə artması ilə yadda qaldı. Belə ki, 2015-ci ilin 26 yanvar tarixindən 16 iyuna qədər 90 mühakim edam edildi.

  1. Sultan Hassanal Bolkiax  

Ölkə: Bruney

Sərvəti: $20 milyard

Hassanal Bolkiax – Bruneyin sultanı, ölkənin baş naziri, müdafiə naziri və həmçinin maliyyə naziridir.

Sultan avtomobil kolleksiya etməyi sevir. Müxtəlif qiymətləndirmələrə görə, onun kolleksiyasında 3 mindən 7 minə qədər avtomobil var.

  1. Xəlifə ibn Zayd Al Nahayan  

Ölkə: BƏƏ

Sərvəti: $23 milyard

Xəlifə Al Nahayan Abu Dhabi Investment Authority investisiya fondunu idarə edir və müxtəlif dəyərləndirmələrə görə fondun kapitalizasiyası 875 milyard dollara çatır.

  1. Pxumipon Adulyadet

Ölkə: Tayland

Sərvəti: $30 milyard

Kral – 1956-cı ilin 9 iyunundan 2016-cı ilin 13 oktyabrına qədər 70 il hakimiyyətdə olub. Tayland tarixində ən uzun müddət hakimiyyətdə olmuş monarx hesab olunur.

Milyarder olan Pxumipon Adulyadet sərvətinin bir hissəsini 3 mindən çox inkişaf layihəsinin (xüsusən də rayonlarda) maliyyələşməsi məqsədilə xərcləyib. O Taylandda çox mışhurdur və yarı Tanrı olaraq şərəflə anılır.

Monarx 2016-cı ilin 13 oktaybr tarixində 88 yaşında böyrək çatışmazlığından dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər