16 C
Baku
Thursday, March 28, 2024

Planetin “ən varlı” insanı

Amerikanın Pensilvaniya ştatının adi sakini Chris Reynolds heç vaxt ağlına belə gətirə bilməzdi ki, bir gün o planetin ən varlı insanına çevriləcək. Düzdür, cəmi bir neçə saatlıq. Günlərin bir günü internet vasitəsilə avtomobil hissələrinin satışı ilə məşğul olan Reynolds özünün PayPal hesabını yoxlamaq qərarına gəlir və məbləğində 92 233 720 368 547 800 dollar olduğunu heyrətlə aşkar edir.

Beləliklə, 24 iyun 2013-cü il tarixində amerikalı planetdə yaşayan bütün insanlardan daha zəngin bir şəxsə çevrilir.

Reynolds verdiyi müsahibəsində bildirmişdi ki, o ilk növbədə belə bir xoşbəxtliyə inanmamış və bunun hər hansı bir zarafat olduğunu düşünmüşdü. Onun PayPal hesabında heç vaxt 1000 dollardan artıq məbləğ olmamışdı. Chris bir qədər vaxt keçdikdən sonra hesabını yenidən yoxladıqda hesabında 0 məbləğ var idi. Bəs bu məbləğ necə olmuşdu? Tezliklə ödəniş sisteminin əməkdaşları bildirirlər ki, texniki xəta səbəbindən Chris Reynolds-un hesabına bu məbləğ yüklənmişdir.

Bir neçə saatlıq planetin ən varlı insanı olmuş bu şəxsə təzminat qismində PayPal-un ödəyəcəyi xeyriyyə addımı atmasını təklif edirlər.  Chris Reynolds-un bu təklifə nə cavab verdiyi isə məlum deyil.

Reynolds 92 233 720 368 547 800 dollara sahib olsaydı nə edəcəyini jurnalistlərə müsahibə verərkən dilə gətirmişdi. Belə ki, o ABŞ-ın dövlət borcunu ödəyər, ABŞ-ın “Philadelphia Phillies” komandasını alardı. Lakin qismət olmadı…

Son xəbərlər
Digər xəbərlər