8 C
Baku
Tuesday, March 19, 2024

Plastik kartların hazırlanma texnologiyası

Plastik kartlar hazırda bir çox insanın gündəlik olaraq istifadə etdiyi maliyyə alətidir. Banker.az saytı plastik kartların hazırlanma texnologiyası haqqında ümumi məlumatı diqqətinizə çatdırır.

Müasir avadanlıqlar plastik kartları asanlıqla yaratmaq və üzərinə silinməyən lazımi təsvirləri həkk etmək imkanı verir. Rahat istehsalat prosesi və tələbat plastik kart hazırlanması biznesini kifayət qədər maraqlı qərar edir. Kartların yaradılması texnologiyası az deyil və onlar tiraj, müddət, nəşrin dizaynı və bir sıra digər parametrlərdən asılı olaraq dəyişə bilər.

500 kart həddində olan və şəxsi məlumatların qeyd edilməsi mütləq olan kiçik tirajlarda ixtisaslaşmış printerlərdən istifadə olunur. Bu halda çapı sublimasiya metodu ilə həyata keçirmək mümkündür və bu halda təsviri yüksək səviyyədə əks etdirməyə nail olmaq olar. Yox əgər tiraj 500 nümunədən çoxdursa, kiçikformatlı apparatlar tərəfindən icra olunan ofset çapından istifadə etmək ən məntiqli qərar olacaq.

Laminasiyalı kartların yaradılması texnoloji cəhətdən daha çətindir. Təsvirin çapı inkjet printerin köməkliyi ilə plastik üzərində yerinə yetirilir. Plastikin vərəqələri parlaq olmadığından bu zaman adi növ ofset boyasından istifadə etmək olar. Vərəqələr şəffaf plastik ilə sendviç metodundan istifadə edilməklə yığılır.  

Tamrəngli laminasiyalı və standart tipli kartın yaradılması üçün plastikin iki vərəqəsinə təsvir çəkilir. Daha sonradan isə, hazırlanmış materiallar presslənir və laminatorda təzyiq altında laminasiya edilir. Bu metod bütün dünyada aktualdır. Nəticənin qalınlığı 0.76 mm təşkil edir və bu standartdır.

Plastik kartların əksəriyyəti sahibinin müəyyən hüquq və yaxud imkanlarını təmin etdiyindən onların istehsalında digər bir vacib mərhələ olan fərdiləşdirməyə də xüsusi diqqət yetirmək lazımdır. Müasir texnologiyalar kartları şifrələşdirməyə imkan verir. Qabariq simvol kartı fərdiləşdirmək ilə yanaşı, onu saxtalaşdırılmaqdan da qoruyur. Bununla yanaşı, təhlükəsizlik torları və holoqraf, xüsusi boyalar ilə çap, maqnit lentləri və ştrix-kodlar da təhlükəsizlik vasitələri qismində çıxış edir. Bu vasitələr həm ayrı-ayrılıqda, həm də birlikdə tətbiq edilə bilər.

İstehsalat ilə bağlı bütün lazımi tədbirlər həyata keçirildikdən sonra, geriyə kartı qablaşdırmaq qalır. Bu həm əl ilə, həm də avtomatlaşdırılmış rejimlə edilə bilər.

Qeyd edək ki, ofset çapı – başlanğıcdan əhəmiyyətli investisiya tələb edən bir texnologiyadır və bu səbəbdən də iri miqyaslı sifarişlər qəbul edildikdə bu çap növünə üstünlük vermək daha məqsədəuyğundur. Əgər qarşıda heç bir perspektiv görülmürsə və yaxud şübhəli təsir bağışlayırsa, kapitalınız ilə risk etməyə dəyməz.

Son xəbərlər
Digər xəbərlər