25 C
Baku
Friday, April 19, 2024

Plastik pullar: İngiltərə bankı vegetarianlara qarşı çıxdı

Banker.az saytının xarici KİV-nə istinadən verdiyi xəbərə görə, vegetarianların çox saylı etirazlarına baxmayaraq, İngiltərə bankı 5 və 10 funt sterlinq nominalında olan banknotların polimer əsasında buraxılmasını davam etdirəcək. Bank hətta yeni plastik pulların yaradılması zamanı heyvan piyindən istifadə edilməsinə öz etirazını bildirən ən radikal vegetarianların belə çağırışlarına məhəl qoymur.

Sentyabr ayında 5 funt sterlinq nominalında yeni banknotun dövriyyəyə buraxılmasından sonra heyvanları qoruma cəmiyyətlərinin nümayəndələri bu banknotların istehsalı zamanı mal və yaxud qoyun piyindən istifadə edilməsinə qarşı ayağa qalxdılar. Bu zaman ölkənin Mərkəzi bankı alternativ variantları nəzərdən keçirəcəyinə söz vermişdi.

 

Lakin məhsul təminatçısı Innovia şirkəti ilə müzakirələrdən sonra yeni 10 funt sterlinq dəyərində olan banknotların istehsalını davam etdirmək qərarı verildi. Bu yeni valyuta sentyabr ayımda dövriyyəyə buraxılmalıdır. Bank bildirib ki, artıq 5 funtluq banknotların çapına 46 milyon funt sterlinq, 275 milyon yeni 10 funtluq banknotların çapı üçün isə 24 milyon funt sterlinq xərcləyib.

Son xəbərlər
Digər xəbərlər