23 C
Baku
Friday, April 19, 2024

Polis özü-özünü 300 dollar cərimələyib

Banker.az saytının xarici mediaya istinadən verdiyi məlumata görə, Amerikanın Sperri şəhərində (Oklahama ştatı) bir polis sürət həddini aşdığına görə özü-özünü cərimələyib.

Sperri şəhərinin sakinlərindən biri saatda 130 km-dən çox sürətlə hərəkət edən bir avtomobili videoya çəkir. Sükan arxasında isə şəhər polisinin idarə rəisi Justin Burch idi. Videonu görən Justin Facebook sosial şəbəkəsi vasitəsilə əhər sakinlərinə müraciət edib.

“Mənim tələsmək üçün səbəbim var idi, lakin sürət həddini aşmışdım” – deyə o yazıb və daxil olan şikayətdən sonra özünü cərimələdiyini və hər bir digər vətəndaş kimi bu məbləği ödəyəcəyini bildirib. Onun cəriməsi isə 300 dollar təşkil edir.

Burch jurnalistlərə etiraf edir ki, bu video olmasaydı o özünü cərimə etməyəcəkdi.

Son xəbərlər
Digər xəbərlər