13 C
Baku
Wednesday, May 8, 2024

“Polislər” necə yaranıb?

Polis – terminindən ilk dəfə təqribən 1450-ci ildə Saksoniyada kansler olan Melchior von Osse istifadə etmişdir. Onun və 1750-ci ildə “Polis haqqında traktat”-ı nəşr etmiş Nicolas de Lamar üçün bu söz sadəcə “ictimai asayiş” demək idi. 

İlk olaraq “polis” sözünün mənası dövlət məsuliyyətinin bütün sahələrini əhatə edirdi və yalnızca XIX əsrdə bu söz hökumətin cinayətkarlıqla mübarizə ilə əlaqəli funksiyalarına aid edildi. Müasir tipli polislərin ilk olaraq Londonda  – paytaxt polisləri formasında yarandığı güman edilir. Bu paytaxt polisləri isə 1829-cu ildə Pobert Pil tərəfindən yaradılmışdı.

“Pilin 9 prinsipi”-nin adı tez-tez çəkilir. Ümulikdə 7-ci prinsip belədir: “Tarixi ənənələri təcrübə edərək, əhali ilə olan münasibətləri daim qoruyub saxlamaq. Bu təcrübələrə əsasən polis  cəmiyyətdir, cəmiyyət isə polisdir. Polis digərlərinin şikayətini qəbul edən, öz diqqətini məsuliyyətlə bu işə yönəldən, vətəndaşın təhlükəsizliyini təmin edən cəmiyyətin bir üzvüdür”. Digər ölkələr də bu prinsiplərə riayət etmişlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər