İş potensialının inkişaf etdirilməsi? Çox asandır!

Öz işinə qarşı tamamilə başqa mövqedən yanaşmağa başlamaq üçün çalışdığınız şirkəti və yaxud fəaliyyət sahənizi dəyişmək heç də mütləq məsələ deyil. Cari işlədiyiniz vəzifədə də öz potensialınızı inkişaf etdirə bilərsiniz. Bunun üçün təyin edilmiş 4 əsas üsul özünütəkmilləşdirmə səviyyənizi yüksəltməyə və cari iş vəziyyətinizdən nə dərəcədə razı olduğunuzu qiymətləndirməyə kömək edəcək.

İşin özünün sizi motivasiya etməsinə şərait yaradın:

Görülən işin özündən ilham almaq işin keyfiyyətinə, həmçinin işə olan münasibətinizə əhəmiyyətli dərəcədə təsir edir. Bir çoxları üçün çalışdıqları şirkətin missiyasının onları motivasiya etməsi çox vacib amildir.

Özünüzdən soruşun: “Öz iş yerim haqqında qürurla danışa bilirəmmi?”, “Kolleqalarım və rəhbərlərim mənə ilham verirmi?”, “Məşğul olduğum tapşırıqlar, layihələr mənə motivasiya verirmi?”.

Lakin işinizdən motivasiya əldə etmirsinizsə, bu heç də o demək deyil ki, artıq yeni iş yeri axtarmaq vaxtınız çatıb. Çalışın iş haqqında olan təsəvvürünüzü sizi ilhamlandıra biləcəyi istiqamətdə dəyişin. Daha sonra isə onlara motivasiya vermək üçün bunu onlarla bölüşün.

Fayda qazandırın:

Özünüzdən soruşun: “Öz bacarıqlarım sayəsində hər hansı əhəmiyyətli töhvə verə bilərəm? Sahib olduğumuz güclü tərəflər komandanın cari problemlərini həll etməyə kömək edə bilərmi?”.

Çox bacarıqlı bir insan ola bilərsiniz, lakin ola bilsin ki, cari işlədiyiniz şirkətdə sizin təcrübə və bacarıqlarınız tələb olunmur. Bəzən belə hallarda yeni bacarıqlar qazanmaq ehtiyacı yaranır. Bəzən isə daha çox fayda qazandıra biləcəyiniz yeni iş yerinin axtarılması daha məqsədəuyğun olur.

Hörmət qazanın:

Bacarıq və təcrübələrimizə görə bizə hörmət etdiklərini hiss etmək çox vacibdir. Bu faydalı olmaqla eyni şey deyil. Ola bilsin, çalışdığınız təşkilatın inkişafına əhəmiyyətli dərəcədə effektiv təsir edirsiniz, lakin əgər bu qiymətləndirilmirsə məyusluq və qəzəb hiss edəcəksiniz.

Əlbəttə, hörmət qazanmaq üçün zaman lazımdır. Əgər karyeranızı yeni başlamısınızsa və işinizin müxtəlif cəhətləri ilə yeni tanış olursunuzsa, özünüzü əmin hiss etmək və hörmətə layiq şəkildə işin icrasına nail olmaq üçün zaman tələb olunacaq.

İnkişaf edin:

Bir faktı dərk etməlisiniz ki, hər gün eyni şeyləri yaşamamaq, rutində ilişib qalmamaq üçün yeni biliklər əldə edir və inkişaf edirik. Günbəgün “böyüyür” və təkmilləşirik.

Professional inkişafa yalnızca cari vəzifədə fəaliyyətinizin necə qiymətləndirilməsi təsir etmir. Biz bir-iki il sonra hansı məqsədlərə çatmaq istədiyimizi təsəvvür edərək özümüzə inkişaf etməyə kömək edirik.

Gələ biləcəyimiz nəticələr:

Öz işimizə fərqli yanaşmağa başlamaq üçün heç də həmişə yeni iş axtarmaq və şirkəti dəyişmək mütləq deyil.

Sizi nələrin qane etmədiyini və hansı amilləri dəyişmək istədiyinizi təyin edin. Bunu rəhbərləriniz və kolleqalarınız ilə bölüşün, özünüzə konkret məqsədlər təyin edin. Bütün bunlar professional özünütəkmilləşdirmə hissini artırmağa kömək edəcək. Bu isə çox vacibdir, axı günümüzün əksər hissəsini məhz işdə keçiririk.