15 C
Baku
Saturday, April 20, 2024

Praktiki Risk Menecment üzrə Açıq Qapı günü!

Günümüzdə risk menecmentin maliyyə sektorunda əhəmiyyəti danılmazdır. Baş verə biləcək risklərin vaxtında müəyyən edilməsi və mitiqasiyası risk menecerlərdən nəzəri və təcrübi biliklər tələb edir. Hal-hazırda bu sahədə nəzəri biliklər əldə etmək o qədər də çətin deyil. Bunun üçün müxtəlif mənbələrə müraciət edə bilərik (müxtəlif dərsliklər, sertifikatlaşma imtahanlarının materialları və s.). Lakin Risk Menecment sahəsində praktiki biliklərin əldə olunması olduqca çox vaxtınızı apara bilər. Bu sahə Azərbaycanda yeni bir fəaliyyət olduğu üçün praktiki bilik əldə etmə imkanlarımız bir az da məhdudlaşır. Bunları nəzərə alaraq 5 fevral tarixində INNAB Praktiki Risk Menecment təliminə start verəcək.
Bu təlimdə Siz sıfırdan başlayaraq risk menecmenti praktiki olaraq öyrənmə şansı əldə edirsiniz. Təlimin başlıca xüsusiyyəti, bütün modellərin və analizlərin xəyali bir bankın dataları üzrərində aparılmasıdır. Təlimi bitirən şəxslərin gələcəkdə risklərin idarə edilməsinə aid bütün tapşırıqları sərbəst şəkildə icra edəcəyinə tam zəmanət veririk.

Təlim başlamazdan əvvəl 22 yanvar saat 15:00-da ofisimizdə “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günündə iştirak edərək müəllim heyəti, dərs proqramı ilə yaxından tanış ola, Sizi maraqlandıran bütün suallara cavab tapa və təlimə qoşulub bu günün əsas tələblərindən olan vacib bir sahə üzrə biliklərinizi artıra bilərsiniz. “Açıq qapı” günündə risklərin idarə edilməsi üzrə biliklərin Sizə qazandıracağı üstünlüklərin fərqinə varacaqsınız.
Təlimin müddəti: Dərslər 3 ay (50 saat) çərçivəsində həftədə 1 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 4 saat olmaqla, iki saatın sonunda 30 dəqiqəlik kofe fasiləsi ilə nəzərdə tutulub.
Təlimin qiyməti: 500 AZN. Bolkartla hissə-hissə ödəniş də mümkündür.
Təlimin materialları: İştirakçılar həm nəzəri, həm də praktik materiallar ilə təmin olunacaqlar.
Təlimlər 6 nəfərdən ibarət qruplar şəklində təşkil edilir. Təlimin sonunda iştirakçılar setifikatla təmin olunacaqlar.
QEYDİYYAT FORMU http://innab.org/qeydiyyat/

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: [email protected]

Ünvan: Caspian Plaza, 1-ci korpus, 12-ci mərtəbə

 

Son xəbərlər
Digər xəbərlər