19 C
Baku
Thursday, April 25, 2024

Prezident Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərini təyin etdi – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Banker.az-a Prezidentin rəsmi internet səhifəsindən məlumat daxil olub.

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib:

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri

Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

Qeyd edə ki, Sərəncam bu gündən, yəni,  20 fevral 2018-ci il tarixindən qüvvəyə minir.

XATIRLATMA!

2001-ci il fərmanında şura üzvləri belə idi:

  • Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri
  • Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri
  • Yusif Hümbətov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
  • Ağabala Hacıyev – Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər müdiri
  • Əbülfəz Qarayev – Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri
  • Seyfəddin Qəndilov – Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər