23 C
Baku
Thursday, April 25, 2024

Problemli kreditlər üzrə Fondun yaradılması təklif edilir

Ekspert Samir Əliyev problemli kreditlər üzrə xüsusi fondun yaradılması ilə bağlı təklifləri ilə bölüşmüşdür.

Devalvasiya məsələsi ortaya çıxanda ilk olaraq dollar krediti olanları dərd götürür. İki devalvasiyadan sonra onların ödənişi iki dəfə artıb. Manatın getdikcə ucuzlaşması onların bu xərclərini artırmaqda davam edir. Müştərilər hökumətdən dəstək gözlədikləri halda vəziyyət getdikcə pisləşməkdə davam edir. İkinci devalasiyadan sonra (1 USD = 1.55 AZN) manatın dollara olan rəsmi məzənnəsi daha 5% azalıb. Proses yumşaq da olsa davam edir. Bu faizin artmaqda davam etməsi şübhə doğurmur. Deməli, paralel olaraq dollar krediti olan vətəndaşların qayğıları artır.

Eksper, Samir Əliyev
Ekspert, Samir Əliyev

İyulun 1-i tarixinə xarici valyutada olan istehlak kreditlərinin həcmi 2 milyard 247 milyon manatdır. Onun 227,4 milyon manatı ödəniş kartlarının payına düşür. Manatın məzənnəsinin son aylar ucuzlaşması tendensiyası (ayda təxminən 3%) göstərir ki, əhalinin aylıq ödəniş yükü ayda ən azı 50-60 milyon manat artır. Təsəvvür edin ki, manatın birdən-birə çox demirəm, 10% ucuzlaşması əhalinin xərclərini 200 milyon manat artıra bilər. Bankların isə təkcə əmanətdən zərəri 630 milyon manat artar.

Ekspertlər dollar kreditləri ilə bağlı hökumət tərəfindən dəstəyin verilməsini vacib saysalar da təəssüf ki, heç bir addım atılmadı və böyük ehtimalla atılmayacaq da. Əgər hökumət dollar krediti götürənlərə kompensasiya vermirsə, onları gələcək devalvasiyadan qorumaq barədə düşünsün. Bunun yolu dollarda olan kreditləri manata çevirməkdir. Bəzi banklar belə təşəbbüslə çıxış etsələr də əksər banklar buna getməkdə maraqlı deyillər. Çünki onların valyuta mövqeyi buna imkan vermir.

Fikrimcə, dollar kreditlərinin manata konvertasiyası mexanizmlərindən biri Mərkəzi Bankın nəzdində Problemli kreditlər üzrə Fondun yaradılması ola bilər. Fondun əsas məqsədi bankların kredit portfelinin yaxşılaşdırılmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank Fondun kapitallaşması üçün manat vəsait ayırır. Fond da öz növbəsində kommersiya banklarına uzun müddətə (məsələn, 20 il), aşağı faizlə (məsələn, illik 3%) depozit yerləşdirir. Həmin depozitlər dollar kreditlərinin yenidənmaliyyələşdirilməsinə yönldilir və dollar kreditlərinin manata konvertasiyasını təmin edirlər. Qeyd edim ki, Qazaxıstanda oxşar mexanizm ipotek kreditlərinə münasibətdə tətbiq edilir.

Eyni zamanda depozitlərin dollarlaşma səviyyəsinin də aşağı salınması barədə addımlar atılmalıdır. Söhbət manatla qoyulan əmanətlərə Mərkəzi Bank tərəfindən məzənnə zəmanətinin verilməsidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər