24 C
Baku
Thursday, April 18, 2024

Prokuror dələduzluqda təqsirləndirilən bank əməkdaşına cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən “RoyalBank”ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib.

O, hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. Proses iyunun 30-da davam etdiriləcək.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər