14 C
Baku
Thursday, March 28, 2024

Proqnoz: “Bitcoin”in qiyməti $125 min olacaq

Yaxın 4 il ərzində qlobal bazarda “Bitcoin”in qiyməti 125 min dollar, kriptovalyuta bazarının kapitallaşması isə bu ilin sonuna 1,2 trln. dollara yüksələcək. “Report”un “Bloomberg” agentlliyinə istinadən verdiyi xəbərə görə, bu proqnozu “Wall Street”in məşhur strategiya mütəxəssisi olan Tomas Li (Thomas Lee) səsləndirib.

Xatırladaq ki, hazırda kriptovalyuta bazarının kapitallaşması 580 mlrd. dollara bərabərdir.

T.Li 2017-ci ilin oktyabr ayında “Bitcoin”in qiyməti üçün 25 min dollar proqnozunu verib. Bununla da o, yeni hədəfini 5 dəfə artırıb. Qeyd edək ki, hazırda “Bitcoin”in qiyməti 11 700 dollara bərabərdir. Ekspert kriptovalyuta bazarında kapitallaşmasına görə ikinci sırada olan “Ethereum”un bu ilin sonuna 1 900 dollara kimi bahalaşacağını bildirib. Hazırda isə “Ethereum” 1 050 dollara satılır.

İddia: Bitcoin ABŞ kəşfiyyatını sürətli maliyyələşməsi üçün yaradılıb

“İnvestorlar 2018-ci ildə sayı daha çox olan kriptovalyutalardan, sayı daha az olanlara keçməyə çalışacaqlar. Kriptovalyutalara sənaye sektorları tərəfindən vəsait axını sürətlənəcək”, – deyə T.Li əlavə edib.


©Report

Son xəbərlər
Digər xəbərlər