15 C
Baku
Saturday, April 20, 2024

Proqnoz: Türkiyədə dollar yaxın vaxtlarda 20% bahalaşa bilər

Türkiyədə ABŞ dollarının məzənnəsi yaxın vaxtlarda 20% arta bilər.

“Bloomberg” agentliyinə istinadən, bu proqnozu Fransanın nüfuzlu “Societe Generale” bankının analitikləri veriblər.

Proqnozda bildirilib ki, dolların möhkəmlənməsinə səbəb kimi Türkiyə-ABŞ münasibətlərinin pozulması, türk maliyyə aktivlərinin real gəlirliliyinin azalması və daxili siyasətdə qeyri-müəyyənliklər göstərilib.

Bankın ekspertləri 3 aylıq call-opsiyaları 4,35 TRY/USD hədəfi ilə almağı, həmçinin lirəni rubla qarşı satmağı məsləhət görüblər.

Xatırladaq ki, hazırda Türkiyənin nağd valyuta bazarında dolların məzənnəsi 3,70 lirə təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər