13 C
Baku
Thursday, April 18, 2024

Proqramçı – Ateshgah Sigorta

Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Vəzifə: Proqramçı

Şöbə : İnformasiya texnologiyalarının tətbiqi şöbəsi

Vəzifə öhdəlikləri: Proqram təchizatı və məlumat bazasının tərtibatı və dəstəyi

Namizədə tələblər:

• Texniki sahə üzrə ali təhsil
• Proqramçı olaraq ən azı 1 illik iş təcrübəsi;
• .NET texnologiyaları üzrə yüksək biliklər(C#, ASP.NET MVC 4-5, WCF)
• HTML, CSS, JS, JQuery üzrə orta biliklər
• SQL üzrə orta biliklər
• Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı, komanda tərkibində işləmə qabiliyyəti;

Dil bilikləri:

• Azərbaycan(yazılı və şifahi səlist ünsiyyət),
• İngilis vəya rus dilindən ən az birini yazılı və şifahi səlist ünsiyyət

Vəzifələr:

• “TFS” sistemi üzərindən müraciətləri qəbul etmək, işləmək və müraciətlərin  həll prosesinə nəzarəti həyata keçirmək;
• Proqram təminatını yaratmaq;
• Proqram təminatında dəyişikliklər etmək;
• Proqram təminatında çıxan problemləri həll etmək;
• Proqram təminatında ilkin testləri aparmaq;
• Texniki sənədi təhlil etmək, yazmaq və ya  dəyişdirmək;
• Birbaşa rəhbərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.

İş şərtləri:

• Qrafik: 09:00-18:00
• İş günləri: 7/5
• İş yeri: Baş ofis
• Ə/H: namizədin bilik keyfiyyətinə (test nəticələrinə) uyğun yüksək maaş

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər
(məktubun mövzu bölməsində Proqramçı  qeyd etmək mütləqdir).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər