15 C
Baku
Saturday, April 27, 2024

Pul axınlarının idarə edilməsi

Pul axınlarının idarə edilməsi müəssisənin kompleks idarəetməsinin elementlərindən biridir, buna görə də o, ayrılıqda – müəssisənin bütün funksional sistemindən qopardılmış şəkildə idarə edilməli deyil. Müəssisənin fəaliyyətinin idarə edilməsi onun maliyyə göstəricilərinin (mənfəət və zərər) qiymətləndirilməsinə və maliyyə vəziyyətinə (balans) əsaslanır. Pul axının hərəkəti həmçinin müəssisənin işinin nəticəsini qiymətləndirmək üçün istifadə olunur. Maliyyə hesabatının bütün sənədləri bir-biri ilə qırılmaz əlaqəyə malikdir; idarəetmənin bir elementini dəyişmək digər elementlərin də dəyişməsinə gətirib çıxarır.

Pul axının hərəkəti barədə hesabat, hesabat müddəti ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkətini əks etdirir.

Hesabatın tərtib edilməsi prinsipi: dolayı və birbaşa metod.

Pul axınlarının hərəkəti üç axına bölünür:

1.    əməliyyat,
2.    investisiya,
3.    maliyyə.

Əməliyyat axınları –kompaniyanın gündəlik əməliyyatları gedişində həyat keçirilən ödənişlər və daxilolmalardır.

İnvestisiya axını –investisiyaya yönəldilən pul vəsaitlərinin cəmidir. İnvestisiya –uzunmüddətli aktivlərin əldə edilməsidir.

Maliyyə axını –maliyyə əməliyyatlar nəticəsində pul vəsaitlərinin hərəkətidir: kredit və borcların alınması və ya bağlanması, faizlərin ödənməsi, nizamnamə kapitalına edilən yatırımlar, dividentlərin ödənməsi.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın nəticəsi olaraq təmiz pul axını – müəyyən müddət ərzində kompaniyanın pul daxil olmaları ilə pul ödənişləri arasındakı fərq –yaranır.

Pul axınlarının idarə edilməsi strateji və operativ idarəetməyə bölünür.

Strategiyadan taktikaya doğru pul vəsaitinin idarə edilməsi etapları:

1.    Müəssisənin fəaliyyətinin uzunmüddətli 3-5 ilə planlaşdırılması (biznes plan).  Plan – müəssisənin uzunmüddətli hədəfləri əsasında, səthi detallaşma səviyyəsində qurulur.
2.    Aylara  bölünmüş illik büdcə. Büdcə isə uzunmüddətli plan əsasında, lakin cari makroiqtisadi situasiyanı və müəssisənin imkanlarını nəzərə almaqla orta detallaşma səviyyəsində hazırlanır.
3.    Aylıq kassa planı. İllik büdcə əsasında, müəssisənin fəaliyyətinin cari vəziyyətini nəzərə almaqla, yüksək detallaşma səviyyəsində tərtib edilir.
4.    Günlərə bölünmüş aylıq ödəniş təqvimi. Kassa planı əsasında, daxil olmaları və ödənişləri nəzərə almaqla, maksimal detallaşma səviyyəsində qurulur.

Yuxarıda sadalanan bütün sənədlərin məqsədi – müddətin sonuna qalan pul vəsaitlərinin qalığını müəyyən etmək və  bütün planların reallaşdırılması üçün yetərli olub-olmamasını qiymətləndirməkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər