12 C
Baku
Friday, March 29, 2024

Pul kisəsi

Günlərin bir günü varlı bir şəxs içində 200 qızıl sikkə olan pul qabını itirir və and verir: «Pul qabımı tapan kəs onun içindəki qızıl sikkələrin düz yarısını alacaq”. Varlı şəxsin nökərlərindən biri pul qabını tapır və sahibinə verir. Varlı adam isə çox xəsis idi, o, nökərinə yüz qızıl sikkə vermək istəmir və verdiyi sözü unudur. Nökəri başından etmək üçün ona deyir:

– Bu qızıl sikkələrdən əvvəl pul qabında qiymətli daş da var idi. Daşı qaytarsan, onu sənə hədiyyə edəcəyəm.

Nökər hakimin yanına gedir və ona hər şeyi danışır. Hakim hər ikisini nahara dəvət edir.

– Sən deyirsən ki, pul qabında 200 qızıl sikkə və bir də qiymətli daş var idi, – deyə hakim varlı şəxsə müraciət edir, – bu pul qabında isə daş yoxdur. Deməli bu sənin pul qabın deyil. Onu pul qabının sahibi tapılmayana qədər nökərə qaytar. Özün isə hər yerdə içində iki yüz qızıl sikkə və qiymətli daş olan pul qabını itirdiyini de. Bəlkə onu kimsə tapdı və senə verdi.

Belə olduğu halda, varlı şəxs heç bir söz demədən nökərə yüz qızıl sikkə verir. Üstəlik əlavə on sikkə də cərimə olaraq verir.

Son xəbərlər
Digər xəbərlər