15 C
Baku
Saturday, April 27, 2024

Pul qazanmaq sənəti

Araşdırmalar sübut edir ki, 100 biznesmendən yalnız 4-ü son nəticədə varla bilir və öz pullarını qoruyub saxlayır. Bir çoxları çətinliklə pul qazandığı halda, onlaarı çox tez bir zamanda itirir.

“Cassaon-un pul qanunları” kimi məşhur olan aşağıdakı qaydalar əldə edilən kapitalın itirilməməsi üçün yollar təqdim edir. Beləliklə, qazandığımız pulları necə qoruya bilərik?!

Pulu yalnızca anlayışınızın olduğu sahəyə yatırın. “Hansı sahəyə pul yatırsam, oradan da gəlir əldə edəcəyəm” illüziyasına inanmayın.

Təzyiq altında hər hansı bir sahəyə pul yatırmaq çox səhv addımdır. Sizi yola gətirdilər, aldatdılar, sizə təzyiq göstərdilər?! Xeyr, özünüz sizi razı salmağa, aldatmağa, təzyiq göstərməyə icazə verdiniz. Bu ilk başdan aydın idi: əgər sizə təqyiz edirlərsə və siz daxilən müqavimət göstərirsinizsə, deməli burada sizin maraqlarınız ön planda deyil. Dünyada bu təzyiqdən istifadə edən çox sayda fırıldaqçı var.

Pulları daha sonradan satmaq mümkün olan sahəyə və yaxud məhsula yatırmaq lazımdır. Etdiyiniz alış-veriş sonradan “ağır yükə” çevrilməsin deyə yadda saxlamaq lazımdır ki, tezliklə əldə etdiyiniz məhsula qarşı münasibətiniz dəyişə bilər və təbii ki, bu zaman ondan xilas olmaq istəyəcəksiniz. Aldığınız əşyanın unikallığı nə qədər çoxdursa, onu bir o qədər çətin satacaqsınız. Sadə əşyanı satmaq həmişə asandır.

Öz gəlirinizə sahib çıxın. Biznesdə əsas məsələ gəlir qazanmaqdır. Əgər sabah hər hansı məhsulu dünən niyə satmadığınız ilə bağlı təəssüflənirsinizsə, deməli artıq gəliri əldən vermisiniz.

Öz bankiniriniz məsləhətlərinə qulaq asın. Maliyyə məsələləri – dolaşmış yumağı xatırladır və bir insanın təkbaşına bu dolaşığın öhdəsindən gəlməsi qeyri-mümkün təsir bağışlayır. Lakin, bankirlər kimi bütün ömrü boyu bu işlə məşğul olan insanlar var və buna görə də onlar bu sahə üzrə sizdən qat-qat daha çox məlumat və təcrübəyə sahibdirlər. Onlara etibar edin.

Hər hansı məhsulu almaq üçün ən ideal vaxt qiymətlərin endiyi an, hər hansı məhsulu satmaq üçün isə ən ideal vaxt qymətlərin qalxdığı andır. Burada əlavə şərhə ehtiyac duyulmur.

Pullarınızı daima dövriyyədə və hərəkətdə saxlayın. Maliyyə məsələlərində əsas qayda – yalnız hərəkətdə olan pullar gəlir gətirər qanunudur. Borca müraciət etmədən kapital həcminin artırılması üsulu onun dövriyyə sürətini artırmaqdır. Satmağı bacarmağı öyrənmək lazımdır. Razılaşarsınız ki, bu banka faiz ödəməkdən daha yaxşıdır.

Yox əgər borc pul və yaxud kredit əldə etməkdən başqa çıxış yolunuz yoxdursa, yalnız işə yatırmağa ehtiyac duyduğunuz həcmdə kredit əldə edin. Düzdür, bu zaman risk etməli olacaqsınız. Lakin risk olmadan sahib olduğunuz məbləği yalnızca qoruya bilərsiniz, onun həcmini artırmaq isə heç cür mümkün olmayacaq. Pullar hərəkətsiz qaldıqda gəlir qazandırmır. Kapitaldan düzgün istifadəni öyrənin.

Krediti göstəriş üçün deyil, ehtiyac üçün əldə edin. Bir çox şirkətlər məhz bu iki məqsədi bir-birindən ayırd edə bilmədikləri üçün uğursuzluğa düçar oldular. İnkişaf – istehsalın genişləndirilməsi, göstəriş isə sadəcə gözə kül üfürməkdir.

Heç vaxt borca pul verməyin. Bu nə gəlir, nə minnətdarlıq gətirər. Əksinə, gəlir qazanmaq şansınızı məhdudlaşdırır. Borc olaraq verdiyiniz məbləği yuxarıda qeyd etdiyimiz kimi dövriyyəyə buraxa və zamanla faydasını görə bilərsiniz.

Seçdiyiniz müəyyən sahələr üzrə yatırım edin və qiymətlərin dəyişməsini izləyin. İlk başdan aydındır ki, bu qayda heç də hər kəs üçün aydın olmayacaq. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, bütün sahələr çiçəklənmə və enmə dövrü yaşayır. Qiymətlərin enməsi dövründə pis sahənin yaxşı şirkətinin səhmlərini alsanız, gələcəkdə sərfəli gəlir qazanacağınızı planlaşdırmaq olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər