26 C
Baku
Saturday, April 20, 2024

Pul və xoşbəxtlik: Pulsuz uzun ömür insanları maraqlandırmır

Bir çox insanları 100 yaşına qədər yaşamaq perspektivi bir o qədər də çox xoşbəxt etmir. Onlar bu uzun ömürə pulun bəs etməyəcəyindən ehtiyat edirlər.

İnsanların yaşam müddəti orta hədlə mütəmadi olaraq artır. Bu xoşbəxt olmaq üçün bir səbəb deyilmi? Bütün arzuları reallaşdırmaq üçün əlavə şanslar yaranır. Lakin belə məlum oldu ki, 100 il ömür sürə bilmək perspektivi heç də hamını xoşbəxt etmir. Həyatımızdakı bir çox hadisələrin və problemlərin əsas səbəbkarı kimi çıxış edən maliyyə məsələləri burada da baş roldadır.

Beynəlxalq sığorta şirkəti olan Allianz yaşı 20-dən 70-ə qədər olan 3000 şəxsin iştirak etdiyi sorğu keçirir və onların uzun ömürlülüyə qarşı münasibətlərini öyrənir. Sorğu iştirakçılarının 70%-i maliyyə cəhətdən 100 il yaşamağa hazır olmadıqlarını vurğulayıb. Digər tərəfdən isə, iştirakçıların sözlərinə görə, uzun ömür onlara qarşılarına qoyduqları məqsədlərə çatmağa və arzularını gerçəkləşdirməyə imkan verəcək. Lakin uzanmış ömrü yoxsulluq içərisində keçirmək qorxusu bir çoxlarına uzun müddətli planlar qurmağa imkan vermir.

X və Y nəslinin nümayəndələri, daha doğrusu son 50 ildə doğulan insanlar öz məqsədlərini reallaşdırmaq üçün hələ kifayət qədər zamana sahibdirlər. Lakin onların əksəriyyəti (60-70-ci illərdə doğulanların 79%-i və 1981-ci ildən sonra dünyaya gələnlərin 74%-i) artıq özlərinin üzun ömürlülüyə hazır olmadıqlarını qeyd edirlər. Eyni cavabı 1943-1963-cü illər arasında doğulanlar da dilə gətirmişlər.

Lakin insanlar 100 yaşına qədər problemsiz yaşamaq üçün nə etməli olduqlarını bilirlər. Sorğuda iştirak edən insanların yarı faizindən çoxu belə hesab edir ki, onlar pullarını effektiv şəkildə xərcləməli və qənaət olaraq müəyyən vəsait ayırmalıdırlar. 37% isə əmindir ki, onar daha çox işləməli və təqaüdə gec çıxmalı olacaqlar.

Bundan əlavə, sorğu iştirakçılarına “Arzuların arxasınca getmək gözəldir, lakin bunun üün mütləq olan…” cümləsini tamamlamaq tapşırılır. Bu zaman iştirakçıların 57%-i “kifayət qədər pula sahib olmaq”, 50%-i isə “yaxşı maliyyə planına sahib olmaq” cavabını verib.

Həmçinin onlardan nəyə heyfsləndikləri barədə sual vermişlər. 52% cavab vermişdir ki, daha çox pulu əmanət olaraq ayırmaq istədiklərini, 38% daha çox səyahət etməyi üstün tutduqlarını, 32% isə öz uşaqları ilə daha çox zaman keçirmək arzusunda olduqlarını dilə gətirmişlər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər