23 C
Baku
Friday, April 19, 2024

Pul xoşbəxtliyə təsir edirmi?

“Xoşbəxtlik iqtisadiyyatı” sahəsində tədqiqatların əsasını 1974-cü ildə Cənubi Karolina Universitetinin professoru Riçard İsterlin qoymuşdur. O göstərmişdir ki, ölkələrin bir çoxunda yüksək gəlirli insanlar zəngin insanlar kimi özlərini xoşbəxt hesab edirlər. Buna baxmayaraq ölkədə xoşbəxtliyin orta səviyyəsi praktik olaraq onun gəlirlilik səviyyəsindən asılı deyil.

Priston Universitetinin iqtisadçıları Daniel Kaneman və Anqus Diton aydınlaşdırmışlar ki, gəlirlərin artması ilə həyat məmnuniyyətinin artması yalnız ildə 75 000 dollardan az olmayaraq qazanan amerikalılar üçün təsirli olmuşdur. Bu mərhələyə çatdıqdan sonra zənginliklə xoşbəxtlik arasında olan asılılıq demək olar ki, yox olur. Tədqiqatın müəllifləri bunu onunla izah edirlər ki, pullar əsas ehtiyaclar ödənilənə qədər əhəmiyyət daşıyır.

Gəlirin nisbi səviyyəsi daha vacib rol oynayır. Uorvik Universitetindən Kristofer Boys bildirir ki, öz sosial qrupları çərçivəsində əldə edilən nisbi gəlir tamamilə zənginlikdən daha çox xoşbəxtliyə təsir edir. Bu digər məsələlər ilə yanaşı, izah edir ki, nəyə görə kasıb ölkələrdən çıxaraq Qərbə düşənlər öz həmvətənləri ilə sıx əlaqə saxlayırlar. Onların fonunda kasıb mühacirlər özlərini xoşbəxt hesab edirlər.

Tədqiqatlar göstərir ki, xoşbəxtlik təkcə var-dövlətdən deyil, həm də pullara və maddi faydalara olan münasibətdən də asılıdır. Pullar hətta həyatdan tam zövq almağa da mane ola bilir. Britaniya Kolumbiyası Universitetinin (Kanada) psixoloqu Elizabet Dann bir neçə eksperimentlər aparmışdır. Belə eksperimentlərin birində o tələbələrinə şokolad verərək, onlara eyni zamanda banknot şəkillərindən hissələr göstərmişdir. Pullar əks olunmuş şəkilləri görən eksperiment iştirakçıları şokoladı tez yemişlər və onun dadından heç bir zövq almamışlar.

Digər bir eksperimentdə isə müxtəlif gəlirlərə sahib 150 işçidən 6 xoşagələn hadisə çərçivəsində öz həyat məmnuniyyətlərini ifadə etmələri tələb olunur. Qrupun bəzi üzvlərinin sorğu vərəqələrinin üzərində pul bağlamalarının şəkli təsvir olunmuşdu. Bu pul şəkillərinə baxan və yaxud yüksək əmək haqqında sahib olan eksperiment üzvləri orta hesabla həyatdan daha az zövq almışlar.

136 ölkəyə əsaslanan digər bir eksperimentdə isə Dann müəyyən etmişdir ki, xeyriyyə məqsədilə böyük həcmdə pul xərcləyən insanlar özlərini xoşbəxt hesab edirlər.

Son xəbərlər
Digər xəbərlər