16 C
Baku
Thursday, April 25, 2024

Pullar haqqında nə bilirik: passivlər

Yəqin ki, pullarınızın aktiv və passivlərə çevrildiyini artıq bilirsiniz. Bu məqalədə Banker.az saytı olaraq sizi passivlər ilə tanış edəcəyik.

Ən məşhur və tələb olunan passiv – şəxsi mənzilinizdir. Həyatımızın böyük əksəriyyətini çalışıb vuruşaraq ürəyimizcə olan mənzil almağa çalışırıq. Lakin bu zaman ən tələb olunan passiv əldə etdiyimizin fərqində olmuruq. Aydındır ki, mənzil almaq üçün bir də heç vaxt pulqabımıza geri dönməyəcək olan az pul sərf etmirik. Aylar, illər keçdikdə isə bu passiv sahib olduğunuz pulların daha böyük hissəsini tələb edəcək. Beləliklə o, zamanla daha kaprizli və tələbkar olur.

Siyahımızda növbəti passiv kreditə götürdüyünüz avtomobilinizdir. Əgər avtomobili şəxsi istifadə üçün, yəni “iş-ev” məqsədilə alırsınızsa bu tipik passivdir və zamanla o pulqabınızdan pullar “oğurlamağa” başlayacaq.

Digər bir passiv isə yeni texnika, dəbli geyim, bir çox hallarda heç istifadə etmədiyiniz aksessuarlar, mebel və s.dir.  Bu passivlərə artıq 5-ci olan yeni smartfonunuz, cəmi 1-2 saat istifadə etdiyiniz ən son model noutbuk, maaşınızın yarısına başa gələn modelyer kolleksiyasından olan dəbli geyim də daxildir.

Passivlər sırasında belə desək ən “dəhşətlisi” televizordur. O nəinki pullarınızı israf edir, həmçinin sizi şəxsi inkişafdan da geri qoyur. Televizoru yandırarkən beyninizi söndürürsünüz. Bu passivə nəinki pulunuz, enerjiniz də sərf olunur. Bundan əlavə, ona zamanınızı da qurban verirsiniz.

Nə qədər ki, gəncsiniz, enerjiniz, gücünüz və zamanınız var pulunuzu aktiv almağa sərf edin. Və bu halda heç bir passiv sizin üçün qorxulu olmayacaq. Maliyyə cəhətdən savadlı olun, maliyyə azadlığına sahib olun!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər