23 C
Baku
Thursday, April 25, 2024

Pullar üçün qırmızı zərf

Hələ qədim zamanlardan Çində pulları qırmızı zərfdə saxlamaq kimi ənənə mövcuddur. Qırmızı rəng zənginlik və bolluq, varlı həyatın rəmzidir. Ona görə də qeyri-stabil maliyyə vəziyyəti olan insanların evdə qırmızı zərf formasında həmayül saxlamaları tövsiyə olunur. Məkanın cənub-şərq hissəsi zənginlik zonası hesab olunur. Qırmızı rəngli zərf məhz bu zonada saxlansa yaxşı olar. Ona hökmən bir neçə əsginas salmaq lazımdır. Əsginaslar yeni, təmiz olmaqla yanaşı, ucları əzik olmamalıdır.

Zərf hökmən əsginasın ölçülərinə uyğun olmalıdır. Zərfdəki pulların sayı mütləq cüt rəqəmə bərabər olmalıdır. Pul enerjisini sürətlə aktivləşdirmək üçün qızılı rəng şəkili (heroqlifli) olan zərf seçmək lazımdır. O, insanın maddi rifahının yaxşılaşmasına səbəb olur. Qırmızı zərflər hədiyyə verdiyiniz insanın maddi vəziyyətini yaxşılaşdırır. Eləcə də hədiyyə verənin özünə də uğur gətirir. Buna görə də pul zərfini ən yaxın insanlara xüsusi bayramlarda hədiyyə qismində verirlər. Bununla da həmin şəxsə maliyyə rifahı, zənginlik, xoşbəxtlik, sağlamlıq və müvəffəqiyyət arzu edirlər. İxtisaslaşmış mağazalarda müxtəlif simvolik məna daşıyan qızılı heroqlifli hazır zərflər əldə etmək mümkündür.“Çiçəklənmə” yazısı pul enerjisinin cəlb edilməsini təmin edir. Belə zərflərdə cari xərclər üçün lazım olan pulları saxlamaq daha məqsədəuyğun olardı. “Ədalət” yazısı olan zərfləri pul borcu olan insanlar əldə etməlidir. Belə heroqlif borc götürülmüş məbləğin tez bir zamanda geri qaytarılmasını təmin edəcək.

“Zənginlik” yazılmış zərf isə pulların yığılması üçün nəzərdə tutulub. Xırda xərclər üçün ondan pul çıxarmaq olmaz. Əks halda pul uğuru insandan üz döndərəcək. “Böyük uğur”yazılmış 9 ədəd qırmızı zərf dəsti sevgi münasibətlərinin, ailə ittifaqının möhkəmlənməsini təmin edir. Belə həmayüllər tənha insanlara sevgilərini tapmaqda kömək edir. Onlar biznesmenlərə işdə uğur və maddi rifah gətirir. Arzuların reallaşması üçün onu təmiz ağ vərəqdə yazmaq lazımdır. Daha sonra vərəqi zərfdə gizlətmək, zərfi isə gizli yerə qoymaq tövsiyə olunur. Tezliklə tutduğunuz arzu yerinə yetmiş olacaq. Qırmızı zərf öz uğuruna və təkrarolunmazlığına inanan hər kəsə uğur və maliyyə rifahı gətirəcək. Yalnız o vaxt pul enerjisi insanın maliyyə vəziyyətini möhkəmləndirməyə imkan verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər